Icma.az
close
up
RU
Yanvarın 20ə qədər müharibə daha şiddətli olacaq Ekspert

Yanvarın 20ə qədər müharibə daha şiddətli olacaq Ekspert

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ukrayna bu əks-hücumla müəyyən qədər irəliləyə bilər. Amma onun daha böyük əraziləri nəzarətə götürməyə gücü çatmayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi jurnalist Səxavət Məmməd Ukrayna ordusunun Kursk istiqamətində yenidən hücuma başlamasını şərh edərkən deyib.

Səxavət Məmməd bildirib ki, Rusiya Kursk istiqamətində əməliyyata başlamaq istəyirdi:

"Maraqlıdır ki, rusların Ukraynanın hücuma keçdiyi istiqamətdə hücum planı var idi. Amma rus ordusu həmin istiqamətdə hücum zamanı tamamilə fərqli situasiya ilə qarşılaşdı. Ukrayna ordusu daha çox texnika və şəxsi heyətlə əks-hücuma keçdi. Həm rusların hücumunu dayandırdılar, həm də özləri hücuma keçdilər. Kiyev bununla Kurskun qaz xətlərinin keçdiyi yollara çıxmağa çalışır. Ukrayna ordusu Donetsk və Luqansk istiqamətində rus hücumlarının qarşısını ala bilmir. Görünən odur ki, hər iki tərəf hansı istiqamətdə güclüdürsə, masa arxasına oturanda daha güclü olmaları üçün həmin istiqamət üzrə də daha çox irəliləməyə çalışır. Ukrayna bu əks-hücumla müəyyən qədər irəliləyə bilər. Amma onun daha böyük əraziləri nəzarətə götürməyə gücü çatmayacaq. Çünki irəlilədikcə, təminat məsələsində problemlər yaranacaq".


Ekspertə görə, Kursk Rusiya üçün strateji baxımdan o qədər də önəmli sayılmır:

"Belə olsaydı, hücum briqadalarının bir neçəsini əraziyə gətirib, Kursk məsələsini kökündən həll edə bilərdi. Bir sözlə, Trampın prezident səlahiyyətlərini icra etməyə başlamasına qədər hər iki tərəf daha çox ərazini nəzarətə götürməyə çalışır. Ona görə də yanvarın 20-ə qədər müharibənin şiddəti daha da artacaq. Lakin Kiyev bu hücumla böyük nəticələr əldə edə bilməyəcək. Sahədə Rusiya daha güclüdür". 

Qeyd edək ki, yanvarın 5-dən başlayaraq Ukrayna ordusu Sucanın şimal-şərqində - Bolşoye Soldatskoye istiqamətində hücuma keçib. Bu barədə Ukraynanın "Strana” nəşri Kursk vilayətinin qubernatorunun keçmiş müşaviri Roman Alyoxinə istinadla məlumat yayıb.

"Düşmənin Sucadan Bolşoye Soldatskoye istiqamətində hücumu başlayıb, baxmayaraq ki, bu istiqaməti düşmən üçün ən çətin hesab edirdik. Hücumda düşmən minatəmizləmə trallarından, tanklardan və digər zirehli texnikalardan istifadə edir. Düşmən hücum bölgəsini radioelektron mübarizə sistemləri ilə bloklayıb, ona görə də pilotsuz təyyarələr yararsızdır”, deyə Alyoxin bildirib. 

Rüfət Sultan


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri