Icma.az
close
up
RU
Yanvarın sonuna kimi...

Yanvarın sonuna kimi...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Real nəticə gözləməyə dəyər

Azərbaycanla bağlı yanvarın sonunadək vaxt qoyuldu, Trampın Karterdən, Reyqandan nəyi kəm-kəsirdi ki....

Azərbaycana qarşı ayrıseçkilik və qaralama kampaniyasının nə vaxt bitəcəyi ilə bağlı sualların cavabı nisbətən konkretləşməyə başlayır. Böyük ehtimalla bu siyasət yekunlaşa, ən azı səngiyə və ya da formasını dəyişə bilər.Çünki bu kampaniyanı konkret dövlətlər və konkret dövlət adamları başladıblar...

Qalibiyyətli Qarabağ müharibəsi və Antiterror tədbirlərindən sonra daha açıq şəkil almış kampaniya COP 29 hazırlıqlarına start verilən kimi daha intensiv şəkil aldı.Bəzən elə təsəvvür yaranırdı ki, müəyyən dövlətlər və onların başçıları COP- un Azərbaycanda keçirilməsi barədə beynəlxalq qərarın dəyişdirilə biləcəyinə sanki inanırlar ,buna can atırlar.Vaxtımızı, enerjimizi ,resurslarımızı müəyyən qədər aldılar, istədikləri nəticəni ala bilmədilər...

Prezident İlham Əliyevin yeni il və həmrəylik təbrikindən bir fikri yerinə düşdüyü üçün xatırladım.

"Azərbaycana qarşı şər, böhtan, qaralama, ayrıseçkilik böyük ehtimalla yanvarın sonlarından dayanacaq, biz buna ümid edirik"- Prezidentin fikrində dəqiq orientir həqiqətən o məqama söykənir ki, yuxarıda dediyim kimi, bu kampaniya konkret dövlətlərdən və onkret şəxslərdən başlayıb.Demək ki, konkret dövlətlərin və şəxslərin mövqeyində  müasir dünya və region reallıqlarına uyğun olaraq dəyişikliklər baş versə, əks- kampaniyalar azala və sıradan çıxa  bilər.

Digər tərəfdən,  böyük ehtimalla,Prezident İlham Əliyev kampaniyaların bitəcəyi son müddət  olaraq yanvarın sonlarından danışmaqla konkret mətləblərə söykənir.Məlumdur ki, bu il yanvarın 20- də ABŞ- ın seçilmiş yeni prezidenti D.Tramp rəsmən fəaliyyətə başlayacaq.Gözləntilər çoxdur, yenidir.Bir sıra anonslar verilib.Anonsu verilmiş bütün məsələlərin Tramp tərəfindən icra ediləcəyini hələ iddia etmək çətindir.Ancaq onun  vəd etdiyi məsələlərin ümumi istiqamətinə  uyğun siyasət aparması da kifayətdir.Əgər belə etsə, ABŞ tarixinə " öz doktrinası " ilə düşəcəyinə iddialı ola bilər.Öz Doktrinası ilə tarixdə qalan hansı ABŞ prezidentindən zəifdir ki ?! ...

Uilyam Taft, Teodor Ruzvelt, bu günlərdə 100 yaşında dünyasını dəyişmiş Cimmi Karter.  Reyqan və digərləri öz " doktrinaları" ilə tanınmırlar?! Əgər Tramp Amerikanın  qlobal və regional siyasətində bir sıra məsələlərə yanaşmasını dəyişsə bu onun özünəməxsus " Doktrinasına" çevrilə bilər.Dövlətlərin daxili işlərinə müdaxilədən , müxtəlif regionlarda münaqişələri qızışdırmaqdan, Amerikanın dövlət siyasətini bəzi məlum diaspor- lobbi qruplarının ( məsələn ,erməni  diasporu və sair) mənafelərinə qurban verməkdən geri dursa, hər şeyi sırf Amerikanın öz dövlət - milli təhlükəsizlik prinsipləri üstündə qursa , bu elə  yeni prezident doktrinası olmazmı?Bu istiqamətlərdə ABŞ- ın müxtəlif ölkələri , məsələn Fransanı, Almaniyanı, Hollandiyanı və digırlərini Azərbaycanın əleyhinə yönəltməsi də ziyanlı bir təmayül kimi ortadan qalxmış olar .Amerika üçün də yaxşı olar, ayrı-seçkilikdən əziyyət çəkən Azərbaycan kimi ölkələr üçün də yaxşı olar, alətə çevrilmiş Fransa kimi ölkələr də resurslarını öz daxili problemlərinin həllinə yönəltməklə bir ildə azı 4 dəfə hökumət dəyişmək kimi rüsvayçılıqdan can qurtara bilərlər.Kim bilmir ki, Avropanın bir sıra ğlkələrini, eləcə də Kanadanı Azərbaycanın üstünə qışqırdan bəzi ABŞ hökumətləridir....Demək, hökumətin xarakteri dəyişsə, onun Azərbaycan əleyhinə " alət ,maşa dövlətlər " saxlamasına ehtiyac da  qalmaz. ..

Birinci dönəm prezidentliyi dövründə Trampın bəzi yanaşmaları onun ABŞ tarixində yeni " prezident doktrinası " yarada biləcəyi ehtimalını gücləndirir.Konkret olaraq, Tramp 2016- 2020- ci il aralığındakı ilk prezidentlik dönəmində yeni münaqişə və müharibə ocaqları yaratmadı, Azərbaycan kimi ölkələrin daxili işlərinə kobud müdaxilə etmədi,Azərbaycanın öz ərazi bütövlüyünün bərpasına yönəlik müharibə haqqına əməli olaraq heç bir maneçilik törətmədi  və sair....Yeni dönəmdə Trampın artıq özünü doğrultmuş keçmiş siyasət kursunu sadəcə davam etdirməsi yetər ki, dünyada bir sıra mütərəqqi tendensiyalarla bərabər, həm də onun şahidi olaq ki, Azərbaycan dünyada ayrıseçkiliyin hədəfi olmasın...
Prezident İlham Əliyevin " yanvarın sonlarında Azərbaycana qarşı kaçpaniyalar bitə bilər" fikri əsaslıdır....Real nəticə üçün gözləməyinə dəyər....

Aydın Quliyev,

"Bakı-Xəbər" qəzetinin baş redaktoru, politoloq 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Yanvar 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri