Yanvarın sonunadək Azərbaycandan keçməklə Ermənistana daha 132 vaqon buğda göndəriləcək
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2026-cı ilin yanvar ayının sonuna qədər Azərbaycandan keçməklə Ermənistana əlavə 132 vaqon buğda göndərilməsi planlaşdırılır.
APA xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, ilk buğda partiyası Rusiyadan Ermənistana çatdırılıb. Rusiya Dəmir Yolları Ulyanovsk vilayətinin Dimitrovqrad stansiyasından 1000 tondan artıq buğdanın daşınmasını təşkil edib.
Nazirlik bildirir ki, Azərbaycandan keçməklə Ermənistana yük tranzitinin bərpası nəticəsində yeni logistika marşrutunun fəaliyyəti mümkün olub.
Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, bu, 1990-cı illərdən bəri ilk belə dəmir yolu daşınmasıdır.
Hazırda digər kateqoriyadan olan yüklərin də bu marşrutla daşınması istiqamətində işlər aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 06 Noyabr 2025 02:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















