Icma.az
close
up
RU
YAP 32 illik inkişaf yolu

YAP 32 illik inkişaf yolu

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Samir Qocayev

YAP Goranboy rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının 32 ildə keçdiyi inkişaf yolundan bəhs etmək hər birimiz üçün böyük qürurdur. Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə  tamamilə fərqli bir mənzərənin şahidi oluruq. Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən də məhz həmin dövrün reallıqları idi. Belə ki, həmin illərdə Azərbaycanın yaşadıqlarının gələcəyi üçün müsbət heç nə vəd etmədiyini görən, baş verənlərdən böyük narahatlıq hissi keçirən ziyalılarımız Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı Ulu Öndər Heydər Əliyevə ünvanladıqları müraciətdə bildirdilər ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi  qoyarsa, o, uzun illər  xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişafı istiqamətləri həm müəyyənlşdirilər, həm də uğurlu addımlar atılar.

Ümummilli Liderin dövlətinə, xalqına bağlılığından irəli gələn müraciətə  cavabında Yeni Azərbaycan Partiyasının gələcəyinə böyük inam ifadə edərək, əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazır olduğunu bildirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

1992-ci il 21 noyabr tarixində təsis konfransını Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası yarandığı gündən xalqın partiyası kimi tanındı. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyaya xalqın inamı böyükdür. YAP Proqramında hədəflərini açıqlayaraq onların həyata keçirilnəsi istiqamətində davamlı addımlar atdı. Bir mühüm məqamı da qeyd edək ki, partiya yaranmasından 7 ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başladı. Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətində oldu.

Ümummilli Lider Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaratdı. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, özbaşnalıqlarından, bir sözlə, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Azərbaycan yenidən quruldu, dövlətçiliyimizin əsasları yaradıldı. Azərbaycanın bu gününü və gələcəyini düşünərək möhkəm təməl yaradan Ulu Öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin hər bir çıxışı, ən yüksək tribunalardan səsləndirdiyi fikirlər  dünyaya nümunə göstərilən inkişaf modelimizin təqdimatıdır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının 2021-ci ildə  tarixi Zəfərimizin reallıqları əsasında keçirilən  VII qurultayı həm ölkəmizin, həm də partiyanın qarşısında dayanan vəzifələrin açıqlanmasında əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı, YAP Sədri cənab İlham Əliyev həmin çıxışında bir daha diqqəti partiyanın yaradıldığı dövrün reallıqlarına yönəldərək bu çağırışı səsləndirdi ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur. Cənab İlham Əliyev bir daha bu əminliyi böyük qürur hissi il ifadə etdi ki,   Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən  bütün proseslərin mərkəzində dayanacaq. YAP böyük ənənələri olan partiyadır.

Bu gün yaradılmasının 32 illiyini böyük uğurlarla, zəfərlərlə qeyd edən Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimizin çağırışları əsasında təsdiqlədiyi yeni Proqramı fəaliyyətinin yol xəritəsidir. Bütün hədəflər bu Proqramda öz əksini tapıb. Hər bir hədəf irəliyə doğru addım, növbəti hədəflərin əsasıdır. Cari ildə müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident və parlament seçkiləri qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında dayanan hədəflərə doğru inamla irəliləməyə böyük stimul verir. Qalib xalqın qalib Liderinin  prezident seçkilərində inamlı qələbəsi bu hədəflərə yüksək səviyyədə nail olacağımıza, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın daha möhtəşəm uğurları ilə diqqətdə olacağına böyük əsas verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2024 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Deputat adını daşıyan şəxslər, uşaqlarla bağlı adi elementar qaydaları bilmirlərsə, onların parlamentdə oturmaq haqqı olmamalıdır

22 May 2026 16:00see350

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see288

Bir kitabda əbədiləşən iki şəxsiyyət

23 May 2026 00:27see209

Bir həkim olaraq xərçəngdən qorunmaq üçün ancaq bunları yeyirəm

23 May 2026 04:01see193

Bakı Apellyasiya Məhkəməsinə 7 hakim təyin olunur ADLAR

22 May 2026 12:21see180

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır

23 May 2026 00:18see179

Saqqıza ucuz və sadə alternativ Köpü və qoxunu yox edir

23 May 2026 07:00see179

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

23 May 2026 02:24see176

Rusiya Ermənistandan seçim tələb etdi: Aİ, yoxsa Aİİ?

23 May 2026 04:39see171

“Casus” demişdilər Baş nazir oldu

23 May 2026 02:40see167

Trampdan Lukaşenkoya BƏD XƏBƏR

23 May 2026 03:08see164

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see162

BMT rəhbərinin müavini Asan Xidmətdə olub

23 May 2026 04:07see161

Anaklaudia Rossbach Azərbaycana WUF13 ün yüksək səviyyədə təşkilinə görə təşəkkür edib

22 May 2026 13:50see160

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see159

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see158

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

23 May 2026 06:08see158

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see157

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see151

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

23 May 2026 21:03see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri