Icma.az
close
up
RU
YAP Azərbaycan dövlətçiliyinin dayaqlarından birinə çevrilib Afət Həsənova

YAP Azərbaycan dövlətçiliyinin dayaqlarından birinə çevrilib Afət Həsənova

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni Azərbaycan Partiyası ümumxalq siyasi təşkilatı kimi formalaşaraq ölkənin siyasi sistemində xalqın milli maraqlarını, dövlətçilik mənafeyini və strateji hədəflərini ifadə edən etibarlı və güclü partiya statusu qazanıb.

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Millət vəkili bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin son dərəcə həssas və təhlükəli mərhələsində – ölkənin dərin siyasi böhran, xaos və parçalanma təhlükəsi ilə üzləşdiyi bir dövrdə xalqın sözünü deməyə qadir ziyalıların təşəbbüsü ilə meydana gəlib.

Onun sözlərinə görə, YAP-ın yaranması təsadüfi deyil, tarixi zərurətdən doğan milli bir missiya idi.

“Partiyanın yaranması o dövrün ağır reallıqlarından irəli gəlirdi. Azərbaycanın müstəqilliyini itirmək təhlükəsi artıq reallığa çevrilmişdi, ölkədə siyasi hakimiyyət böhranı yaşanırdı, qeyri-qanuni silahlı dəstələr özbaşınalıq edirdi, iqtisadiyyat isə tamamilə çökmüş vəziyyətə düşmüşdü. Bu şəraitdə xalqı vahid ideya – azərbaycançılıq ideologiyası ətrafında birləşdirəcək, ölkəni uçurumdan çəkib çıxara biləcək güclü siyasi təşkilatın yaradılması həyati zərurət idi. Məhz belə bir məqamda ölkənin taleyini düşünən ziyalılar və ictimai-siyasi xadimlər Azərbaycanın xilası üçün yeni siyasi güc yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın etimad göstərdiyi dahi lider Heydər Əliyevin ətrafında birləşdilər”, – deyə A.Həsənova qeyd edib.

Afət Həsənova vurğulayıb ki, həmin dövrdə Azərbaycanın qarşısında duran problemlər yalnız peşəkar liderlik və aydın strateji hədəflərlə həll oluna bilərdi:

“Ölkədə siyasi anarxiyanı aradan qaldırmaq, separatçı qüvvələrin qarşısını almaq, sosial-iqtisadi böhranı dəf etmək, Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmək və ən əsası – erməni təcavüzünü dayandıraraq dövlətçiliyi qorumaq üçün güclü və sarsılmaz iradəyə malik təşkilat lazım idi”.

"Məhz bu obyektiv zərurət Yeni Azərbaycan Partiyasının yaranmasına gətirib çıxardı. 1992-ci il noyabrın 21-də Naxçıvanda ölkənin bütün bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə YAP-ın təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Onun rəhbərliyi ilə YAP qısa müddətdə təşkilatlanaraq geniş xalq kütlələrinin etimadını qazandı. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı müstəqilliyin möhkəmlənməsi, dövlətçiliyin bərpası və ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə nəticələndi. Həmin dövrdə həyata keçirilən qətiyyətli addımlar sayəsində ölkədə ictimai-siyasi sabitlik təmin edildi, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı və müharibədə uzunmüddətli atəşkəsə nail olundu".

Deputat əlavə edib ki, Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilən III qurultayında partiyanın yeni sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçildi.

“Prezident İlham Əliyev partiyanın fəaliyyətinə yeni dinamizm, yeni siyasi yanaşma və müasir idarəçilik ruhu gətirdi. Bu gün YAP təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyasıdır. 2021-ci ilin martında keçirilmiş VII qurultayda partiyanın yeni Nizamnaməsi qəbul olundu, İdarə Heyətinin 40 nəfərlik tərkibi, 13 nəfərlik Təftiş Komissiyası və yeni yaradılan YAP Veteranlar Şurası təsdiq edildi”.

Millət vəkilinin sözlərinə görə, YAP-ın fəaliyyətində növbəti mərhələ artıq ölkənin bütün sahələrdə modernləşməsi ilə bağlıdır.

“Partiyamızın yaranmasının 33 illiyi tamam olur. Bu illər ərzində YAP Ümummilli Lider Heydər Əliyevin ideyalarından qaynaqlanan zəngin siyasi məktəbin daşıyıcısı kimi möhtəşəm inkişaf yolu keçib. Bu gün Yeni Azərbaycan Partiyası öz fəaliyyətini Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursa uyğun şəkildə qurur, müasir dövrün çağırışlarını diqqətdə saxlayır və ölkənin gələcək inkişafına ciddi töhfələr verir”, - deyə Afət Həsənova bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see180

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see159

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see157

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see136

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see134

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri