Icma.az
close
up
RU
YAP Gəncə şəhər təşkilatında “Heydər Əliyev məktəbi” adlı layihəyə uğurla başa çatıb

YAP Gəncə şəhər təşkilatında “Heydər Əliyev məktəbi” adlı layihəyə uğurla başa çatıb

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında Ulu Öndər, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev irsinin dərindən öyrənilməsi və təbliği məqsədi ilə təşkil olunan “Heydər Əliyev məktəbi” adlı layihəyə uğurla başa çatıb.

Layihədə dinləyici qismində Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb Kolleci, Gəncə Regional Kolleci və Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin gənc əməkdaşları olmaqla ümumilikdə 45 nəfər iştirak edir. Beş gün ərzində davam edən “Heydər Əliyev məktəbi” adlı layihədə millət vəkilləri, universitet rektorları və idarə rəhbərləri iştirakçılarla görüşüb müxtəlif mövzularda seminarlar keçiriblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Heydər Əliyev və dövlət quruculuğu”, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov “Heydər Əliyev və YAP”, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə “Heydər Əliyev və Azərbaycanda gender siyasəti”, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, dosent Zəfər Qurbanov “Heydər Əliyev və  Azərbaycanın Aqrar siyasətində islahatlar”, Milli Məclisin Əmək və sosial siyasət  komitəsinin sədri,  Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev “Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının banisidir”, AMEA-nın Gəncə bölməsinin   direktoru, akademik Fuad Əliyev “Gəncə şəhərinin tarixində, mədəniyyətində və inkişafında Heydər Əliyev izi”, Azərbaycan Texnologiya Universitetinin rektoru, dosent Yaşar Ömərov “Dövlət gənclər siyasəti, gənclərin təhsilində və inkişafında dövlət dəstəyi”, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov “Heydər Əliyev və Müasir Azərbaycan Təhsilində yeniliklər”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov “Ümummilli lider Heydər Əliyev irsində islam dəyərləri və tolerantlıq”, Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev “Heydər Əliyev və Azərbaycan səhiyyəsinin dircəliş dönəmi” mövzusu ilə dinləyicilər qarşında çıxış ediblər. İnteraktiv formada sual-cavab şəklində keçən seminarlar dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Seminarlarda bildirilib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Seminarlarda o da xüsusi ilə vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.

Sonda iştirakçılar fəxri fərmanla təltif olunublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 May 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri