Icma.az
close
up
RU
YAP Gənclər Birliyinin nümayəndə heyəti Gürcüstan Respublikasında səfərdə olub

YAP Gənclər Birliyinin nümayəndə heyəti Gürcüstan Respublikasında səfərdə olub

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, sədr müavini Fəsli Nəbiyev və Birliyin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayevadan ibarət nümayəndə heyəti “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Gənclər Təşkilatının dəvəti ilə 2025-ci il 3-5 dekabr tarixlərində Gürcüstan Respublikasında səfərdə olub.

Dekabrın 3-də nümayəndə heyətinin “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Gənclər Təşkilatının üzvləri ilə görüşü keçirilib. Görüşdə gənclər təşkilatları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb, təcrübə və fikir mübadiləsi, birgə layihələr, təlim və seminarların təşkili istiqamətində qarşılıqlı maraq ifadə olunub. Vurğulanıb ki, bu ilin iyul-avqust aylarında Azərbaycanda və Gürcüstanda keçirilmiş Azərbaycan-Gürcüstan Gənclər Forumu gənclər arasında mövcud əməkdaşlığın müsbət nümunəsidir.

Görüş çərçivəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ilə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Gənclər Təşkilatı arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd qarşılıqlı fəaliyyətin genişləndirilməsini, birgə təşəbbüslərin həyata keçirilməsini və gənclərin inkişafına yönəlmiş proqramların dəstəklənməsini nəzərdə tutur.

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Gənclər Təşkilatının sədri Giorgi Çakvetadze hakim partiyaların gənclər birlikləri arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, imzalanan Memorandum gələcək ortaq təşəbbüslər, proqram və layihələrin reallaşdırılması üçün yeni imkanlar açır.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov isə bildirib ki, imzalanmış Əməkdaşlıq Memorandumu Azərbaycan və Gürcüstan gəncləri arasında uzunmüddətli işbirliyinin möhkəmlənməsinə xidmət edir. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Respublikasının Baş naziri İrakli Kobaxidzenin siyasi iradələri sayəsində uğurla davam edən yüksək səviyyəli münasibətlər gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli şərait yaradır.

Dekabrın 4-də nümayəndə heyətinin Tbilisi Şəhər Assambleyasında görüşü baş tutub. Görüşdə Assambleyanın sədri Zurab Abaşidze, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının Şəhər Assambleyasında fraksiya rəhbəri Zurab Çikviladze, eləcə də Assambleya üzvləri iştirak ediblər. Tərəflər yerli özünüidarəetmə, gənclərin ictimai-siyasi fəallığının artırılması, bələdiyyə səviyyəsində həyata keçirilən gənclər təşəbbüsləri və Azərbaycan-Gürcüstan əməkdaşlığı çərçivəsində birgə layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparıblar.

Daha sonra nümayəndə heyəti ilə Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Mariam Laşki arasında görüş keçirilib. Görüşdə iki ölkənin gənclər siyasətinin prioritet istiqamətləri, təhsil sahəsində əməkdaşlıq imkanları və gənclərin qanunvericilik təşəbbüslərində iştirakı müzakirə olunub.

Səfər çərçivəsində nümayəndə heyətinin Gürcüstan Parlamentində Azərbaycan Parlamenti ilə Dostluq Qrupunun sədri İrakli Kadaqişvili ilə görüşü də baş tutub. Tərəflər Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakter daşıdığını qeyd edərək, bu əməkdaşlığın gənclər təşkilatları arasında da genişləndirilməsinin vacibliyini vurğulayıblar. Səfər çərçivəsində keçirilən görüşlərin iki ölkənin gəncləri arasında əlaqələrin daha da dərinləşməsinə əlavə imkanlar yaratdığı qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri