Icma.az
close
up
RU
YAP Goranboy rayon təşkilatı tərəfindən

YAP Goranboy rayon təşkilatı tərəfindən

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

YAP Goranboy rayon təşkilatının inzibati binasında "8-Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə partiyaya uzun illər ləyaqətlə xidmət etmiş, partiyanın ictimai-siyasi fəaliyyətində fəal iştirak etmiş bir qrup qadın üzvləri ilə görüş keçirildi.

Tədbirdə, çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev və Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva qadınların cəmiyyətimizdəki roluna toxunaraq bildirmişdilər ki, qədim tarixə malik müdrik Azərbaycan xalqı həyatın bütün mərhələlərində özünün ləyaqətli qadınları ilə qürur duymuşdur. Gözəllik, yüksək əxlaq, mənəvi saflıq nümunəsi olan Azərbaycan qadınları daim yüksək hörmət və ehtirama layiqdirlər. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir. Qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu nəcib fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Bayram münasibətilə rayon ictimaiyyəti və Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının çoxminli üzvləri adından başda Azərbaycan Respublikasının birinci-vitse Prezidenti Mehriban xanım Əliyeva və qəhrəman şəhidlərimizin qadın ailə üzləri olmaqla Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edərək, şəxsi həyatlarında ailə səadəti, fəaliyyətlərində uğurlar arzuladılar.

Sonda tədbirdə iştirak edən bir qrup qadın üzvlərimiz YAP Goranboy rayon təşkilatının həyata keçirdiyi tədbir və layihələrə verdikləri töhfələrə, o cümlədən "8 Mart -Beynəlxalq Qadınlar Günü" münasibətilə və partiyanın ictimai-siyasi fəaliyyətində fəal iştiraklarına görə hədiyyə və Fəxri Fərmanla təltif olunmuşlar.

Təltif olunan qadın partiya üzvləri onlara göstərilən diqqətə və etimada görə dövlətimizə və Yeni Azərbaycan Partiyasına öz təşəkkürlərini bildirdilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Mart 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri