Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Yaşar Nurinin qızı dünyasını dəyişib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Dünyanın ən nəhəng abidələri

YAP ın fəaliyyəti xalqa xidmət üzərində qurulub TƏHLİL

YAP ın fəaliyyəti xalqa xidmət üzərində qurulub TƏHLİL

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Dahi Öndərimiz Heydər Əliyev: ““Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm…”

Bu gün Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının yaranmasından 33 il ötür. Partiya xalqın dəstəyinə arxalanaraq 33 ildir ki, Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətə sadiq qalaraq xalqın sosial-rifah halının daha da yaxşılaşmasına və müstəqil dövlətçiliyimizin tərəqqisinə mühüm töhfələr verir. Tarixə nəzər saldıqda məlum olur ki, YAP-ın yaranması və keçdiyi yol çətin, ancaq şərəfli yol olub. Azərbaycan Respublikası Ali Soveti 1991-ci il 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib, müstəqil dövlət quruculuğu yoluna qədəm qoyulsa da çox ağır, üzücü problemlərlə üzləşməli oldu. Hətta vəziyyətin son dərəcə ağır olması səbəbindən dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Hakimiyyəti zəbt etmiş qüvvələr problemləri həll etmək gücünə və imkanına malik deyildilər. Çünki onlar siyasi baxımından təcrübəsiz, dövlət idarəçiliyində isə heç bir anlayışları olmayan şəxslər idilər. Vəziyyətin ağır olmasından istifadə edən erməni hərbi birləşmələri bir sıra ölkələrin hərbi, siyasi dəstəyinə arxalanmaqla ardıcıl olaraq torpaqlarımızı işğal edirdilər. Bu kimi ağır problemlərin həllinə səy göstərməkdənsə AXC-Müsavat iqtidarı küçələrə çıxıb pozulmuş hüquqlarının, tapdanan haqlarının, sıradan çıxmaqda olan dövlətçiliyinin bərpasına və inkişafına çağırışlar edən xalqın üzərinə güc strukturlarını göndərir, onları zor gücünə susdurmağa çalışırdı. 1993-cü ilin iyununda baş verən Gəncə hadisələri ölkə daxili ağır durumun kulminasiya nöqtəsi oldu. Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi. Ancaq aydın təfəkkürlü ziyalılar, böyük xalq kütlələri vətəndaş müharibəsindən qaçmağın və ölkənin düşdüyü böhrandan çıxarılması yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər.

1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının Azərbaycan xalqının adından imzaladığı və “Səs” qzəeti vasitəsi ilə Ulu Öndərimiz Heydər Əliyevə ünvanlanan “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətdə deyilirdi: “Dünənə kimi küçə, meydanlarda səhərdən axşama qədər demokratiyadan danışanlar görünür demokratiyanın mahiyyətinin nə olduğunu dərk etmirlər. Əsl demokratik ölkələrdə ordu, polis, başqa inzibati orqanlar siyasətdən kənardır və bütün bu qüvvələr hakimiyyətdə olanlara deyil, xalqa xidmət edirlər. Rəhbərliyin siyasi naşılığından, idarəetmə səriştəsizliyindən, hakimiyyət hərisliyindən həm daxildən, həm də xaricdən müəyyən qüvvələr öz mənafeləri üçün məharətlə istifadə edirlər. Əgər dünənə qədər Azərbaycanın sərvətləri bir istiqamətə daşınıb aparılırdısa, indi var-dövlətimiz bir neçə səmtə axıdılır. Bir sıra Şərq ölkələrindən qovulmuş Qərb inhisarçıları indi asanlıqla çoxdan həsrətində olduqları Bakı neftini ələ keçirirlər. Belə gedərsə biz siyasi əsarətdən qurtarmamış, tezliklə iqtisadi əsarətə məruz qalacağıq. Çünki respublikanın olan-qalan iqtisadi potensialı sürətlə dağılır, təbii sərvətlərimiz talan edilir. Vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı - yüksək ixtisaslı kadrlar tərk edir. Sözsüz ki, ən ağır zərbə geniş xalq kütləsinə, aşağı təbəqəyə dəyir. Hadisələrin bu cür inkişafı göstərir ki, yaxın gələcəkdə sosial ədalətdən heç əsər-əlamət də qalmayacaq. Halbuki uzun illər boyu imperiya boyunduruğu və totalitar rejim altında inildəyən xalqımız bu gün demokratik qanunlara əsaslanan vətəndaş cəmiyyəti qurmaq arzusu ilə yaşayır”.

Ziyalıların müraciətində Azərbaycanın bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə əsasən qeyd olunurdu ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər: “Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bu günü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar”.

Hər zaman qəlbi xalqı ilə döyünən Dahi Öndərimiz Heydər Əliyev ziyalıların narahatlığını başa düşürdü. Ona görə də, Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli “Yeni, müstəqil Azərbaycan uğrunda” adlı cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. O fikiri vurğulamaq lazımdır ki, o dövrdə “Səs” qzəeti xalqın istək və arzularının əsas və yeganə təbliğatçısı və təqdimatçısı olub. Qəzetin 1991-1993-cü illər saylarında Ulu Öndər Heydər Əliyevin müsahibələrini və Onun haqqında məqalələri, həmçinin ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edirdi. Qəzet Ulu Öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək ölkə ictimaiyyətinə çatdırırdı. Dahi Öndərimiz Heydər Əliyev xalqın çağışı ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra "Səs" qəzeti həm Ulu Öndərin, həm də YAP-ın fəaliyyəti haqqında cəmiyyəti məlumatlandırmaq missiyasını davam etdirdi. Məhz buna görə Dahi Öndərimiz Heydər Əliyev YAP-ın 10 illik yubileyindəkı çıxışında "Səs" qəzetini Azərbaycanın tarixinə düşmüş bir qəzet kimi xarakterizə etmiş və demişdi: "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. "Səs" qəzeti cəsarətlə çox ağıllı şəkildə məqalələr yazır, öz fikirlərini deyirdi. İctimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Bu qəzetə qarşı təzyiqlər olurdu, lakin qəzet öz ideyaları uğrunda mübarizə aparmağı bacarırdı. “Səs” qəzetinin YAP-ın yaranmasında, cəmiyyətin maarifləndirilməsində məlumatlandırılmasında çox böyük rolu olub. "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir".

“91-lər”-in “Səs” qəzeti vasitəsi ilə Azərbaycan xalqının adından Ulu Öndər Heydər Əliyevə müraciəti ölkəmizin başının üstünü alan qara buludların tədricən aradan qaldırılmasına təkan oldu. Bu müraciətlə ziyalılar tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciətə Ulu Öndərin müsbət cavab verməsi nəticəsində Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak etmiş və Ulu Öndərimiz Heydər Əliyev partiyanın Sədri seçilmişdir. Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. Təbii ki, Yeni Azərbaycan Partiyasının yaranması o zaman ki ağır fəlakətli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət idi. Bununla bağlı Dahi Öndərimiz Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

Dahi Öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verǝrǝk Bakıya gəlməsi, Azərbaycanı mövcud təhlükədən xilas etdi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə, bir sözlə bütün sahələrdə ciddi dönüş yarandı. Qısa müddətdə nüfuzlu beynəlxalq təşkilatlarla, aparıcı dövlətlərlə geniş və əhatəli əlaqələr quruldu. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində Dahi Öndərimiz Heydər Əliyev 98.80% səslə qalib gəldi və bununla da YAP iqtidar partiyası kimi özünü təsdiq etdi. Partiya “Yeni, müstəqil Azərbaycan uğrunda” ideyasından çıxış edərək, dövlət siyasətinin həyata keçirilməsində yaxından iştirak etməyə başladı. Üzvlərinin sayı sürətlə artan YAP aparıcı siyasi partiya kimi respublikanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirdi. 1995-ci il noyabrın 12-də keçilən parlamentə seçkilərdə YAP qələbə qazanaraq, Azərbaycan Respublikasının Milli Məclisində 59 deputatla təmsil olundu. Bu qələbə xalqımızın Yeni Azərbaycan Partiyasına böyük etimadının göstəricisi idi.1999-cu il dekabrın 12-də isə Azərbaycanda ilk dəfə keçirilən bələdiyyə seçkilərində YAP böyük uğur əldə etdi və partiyadan 10 min 431 nəfər bələdiyyə üzvü seçildi. Partiyanın yeni dövrün tələblərinə uyğun inkişafı 1999-cu ildə keçirilmiş qurultaydan sonra daha da genişləndi. Belə ki, YAP-ın rəhbərliyində Azərbaycan gənclərinin lideri olaraq Cənab İlham Əliyevin təmsilçiliyi partiyanın inkişafına yeni dəstək oldu. Ulu Öndər Heydər Əliyevin siyasi varisi olaraq Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi. 1999-cu ildən sonra Yeni Azərbaycan Partiyası dünyanın bir sıra sağ mərkəzçi hakim partiyaları ilə əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Partiyanın nüfuzunun artması nəticə etibarı ilə sıralarının genişlənməsinə gətirib çıxartdı. 2005-ci ilin mart ayında keçirilən YAP-ın III Qurultayında Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini Cənab İlham Əliyevin partiyanın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Əgər YAP-ın 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Hazırda isə partiyamızın üzvlərinin sayı 800 minə yaxındır. YAP-ın 5 mart 2021-ci il də keçilən qurultayında yeni, müasir dövrün tələblərinə uyğun qərarlar qəbul edildi. VII qurultayda bir daha aydın oldu ki, YAP Azərbaycanın hərtərəfli inkişafına töhfə verən böyük sosial bazaya, güclü siyasi-intellektual potensiala malik partiyadır. YAP-ın VII Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilib. Bu islahat YAP-ın inkişafında yeni tarixi mərhələ deməkdir. Məhz yeni dəyişikliklər və islahatlar Yeni Azərbaycan Partiyasına cəmiyyətdə inamın və etibarın daha da yüksəlməsinə təkan verir. 2022-ci il noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyamızın yaranmasının tarixi hadisə olduğunu bildirdi: “O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı”.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan xalqı YAP-ın fəaiyyətinə, apardığı siyasətə “hə” deyir və bu mövqe yüz illər keşsə də dəyişməyəcək. Çünki Azərbaycan xalqı Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətə sadiqdir. Millət olaraq Azərbaycan Prezidenti, Qarabağ Fatehi, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin xeyirli, gərəkli fəaliyyətini birmənalı şəkildə dəstəkləyir.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17763

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1077

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see249

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see198

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see140

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see137

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see136

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see136

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see131

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see130

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see126

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri