Icma.az
close
up
RU
YAP Mərkəzi Aparatında görüş keçirilib

YAP Mərkəzi Aparatında görüş keçirilib

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Noyabrın 29-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə cari ilin 13-20 noyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdə olmuş YAP nümayəndə heyətinin ÇXR-in ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Din Tao ilə görüşü keçirilib.
Newscenter.az xəbər verir ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov möhkəm dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlıq müstəvisində yüksələn xətt üzrə inkişaf edən Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin milli maraqlarına və müasir qlobal çağırışlara cavab verdiyini qeyd edib: “Dövlət başçıları İlham Əliyev və Si Cinpinin siyasi iradələri sayəsində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu ilə ölkələrarası münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Müasir beynəlxalq münasibətlər sisteminin layiqli və məsuliyyətli üzvü olan hər iki ölkə bütün sahələrdə işbirliyinin dərinləşdirilməsində maraqlıdır və bu istiqamətdə praktiki addımlar atılmaqdadır”.
Qarşılıqlı səfərlərin həm ölkələr, həm də partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin qiymətləndirilməsi və əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətinə diqqəti cəlb edən Tahir Budaqov vurğulayıb ki, Azərbaycan-Çin münasibətlərinin mühüm tərkib hissəsi kimi YAP ilə ÇKP arasında əlaqələrin inkişafı xüsusi diqqət mərkəzindədir: “Partiyalarımız arasında fəal siyasi dialoq mövcuddur və qarşılıqlı təmaslar intensiv xarakter daşıyır. Məmnunluqla qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çinə səfəri çərçivəsində kifayət qədər məhsuldar görüşlər keçirildi, əlaqələrin hazırkı durumu və perspektiv imkanlar geniş müzakirə olundu. Xüsusilə də, iki hakim partiya arasında əməkdaşlıq memorandumunun imzalanması tarixi əhəmiyyətə malik olmaqla bərabər, qarşılıqlı inam, hörmət və etimada əsaslanan səmərəli işbirliyinin genişləndirilməsi baxımından böyük önəm kəsb edir. Yeni mərhələdə görüləcək işlər ortaq maraqlarımızı təmin etməklə həm partiyalarımız, həm də ölkələrimiz üçün faydalı və perspektivli olacaqdır”.
YAP Mərkəzi Aparatının rəhbəri daimi təmasların gənclər arasında da səmərəli ünsiyyətin gücləndirilməsinə, mütəmadi olaraq qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılmasına mühüm töhfə kimi önəmini diqqətə çatdırıb.
Tahir Budaqov səfər zamanı göstərilən yüksək diqqətə görə nümayəndə heyəti adından Çin Kommunist Partiyasının rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra YAP İdarə Heyətinin üzvləri, millət vəkilləri Pərvin Kərimzadə, Hikmət Məmmədov, Azər Badamov, Ülviyyə Həmzəyeva, partiyanın Təftiş Komissiyasının üzvü, millət vəkili Elman Nəsirov səfər haqqında təəssüratlarını bölüşüblər.
ÇXR-in ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Din Tao Çinin Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini, iki ölkə liderlərinin səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin strateji xarakter daşıyaraq uğurla inkişaf etdiyini söyləyib. O, ÇXR-in Baş nazirin müavini Din Süesənin rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndə heyəti və min nəfərədək digər iştirakçı ilə Azərbaycanın ev sahibliyi ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da təmsil olunduğunu və Bakıda mühüm görüşlərin keçirildiyini xatırladıb. Din Tao bəzi qüvvələrin qarayaxma kampaniyası aparmasına və prosesə maneə törətmək cəhdlərinə baxmayaraq, Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməklə dünyaya yeni müsbət nümunə təqdim etdiyini və COP29 çərçivəsində “Bakı Maliyyə Məqsədləri” sənədinin qəbul edilməsinin qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə tarixi əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın qlobal müstəvidə belə bir mühüm nailiyyətə imza atması münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.
Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın önəmindən bəhs edən Din Tao YAP nümayəndə heyətinin səfərinin uğurlu olmasının böyük məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, Yeni Azərbaycan Partiyasının nümayəndələrinə təşəkkürünü bildirərək müvəffəqiyyətlər arzulayıb.
Görüşdə Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin üçüncü katibi Se Yilin də iştirak edib.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Noyabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri