Icma.az
close
up
RU
YAP nümayəndə heyətinin Çinə səfəri davam edir

YAP nümayəndə heyətinin Çinə səfəri davam edir

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Çin Kommunist Partiyası (ÇKP) Nantun şəhər komitəsinin rəhbərliyi ilə görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, görüşdə dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Çin münasibətlərinin inkişafının məmnunluq doğurduğu, qarşıda duran bütün hədəflərin reallaşdırılması üçün geniş imkanların mövcud olduğu diqqətə çatdırılıb.

Bu gün hər iki ölkənin dinamik inkişafı və yüksək nüfuzu ilə dünyanın diqqət mərkəzində olduğu, beynəlxalq münasibətlər sistemində layiqli yer tutduğu və öz mövqelərini davamlı olaraq möhkəmləndirdiyi vurğulanıb. Qeyd olunub ki, dövlət başçılarının milli mənafelərə cavab verən uğurlu siyasətinin qanunauyğun nəticəsi kimi, qarşılıqlı inam və etimada, çoxillik əməkdaşlığa əsaslanaraq strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu ikitərəfli münasibətlərin inkişafına yeni dinamizm gətirməklə bərabər, Azərbaycan ilə Çinin beynəlxalq müstəvidə bir-birinin maraqlarını müdafiə etməsi baxımından da müstəsna əhəmiyyətə malikdir.

Görüş zamanı hər iki ölkənin sosial-iqtisadi inkişafı və gələcəyə yönəlik hədəfləri barədə ətraflı məlumat verilib, bir çox istiqamətlərdə yeni işbirliyi imkanları müzakirə olunub. Azərbaycan ilə Çinin regionlarının yüksək inkişaf səviyyəsinə çatdığı qeyd edilərək ölkəmizin qardaşlaşmış şəhərlər təcrübəsinə malik olması, mədəniyyət, turizm, ticarət və digər sahələrdə faydalı layihələrin həyata keçirildiyi, lakin hələ istifadə olunmamış geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb, xüsusilə də yeni texnologiyaların tətbiqi, müasir infrastruktur quruculuğu və “yaşıl inkişaf”ın təmini istiqamətlərində səmərəli əməkdaşlığın həyata keçirilə biləcəyi vurğulanıb.

Qarşılıqlı səfərlərin, fikir və təcrübə mübadiləsinin aparılmasının partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, YAP nümayəndə heyətinin Çinə səfəri çərçivəsində ÇKP ilə əməkdaşlıq memorandumunun imzalanması, bir çox məhsuldar görüşlərin keçirilməsi və Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda iştirak yaxın dostluq əlaqələrinin daha bir bariz nümunəsidir.

YAP ilə ÇKP-nin hakim siyasi partiyalar kimi dövlət başçılarının dostluq münasibətlərini və Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığı əsas götürərək məqsədyönlü birgə fəaliyyəti uğurla davam etdirmək niyyətində və yeni uğurlara imza atmaq əzmində olduqları xüsusi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdən sonra YAP nümayəndə heyətinin şərəfinə ziyafət verilib.

Həmin gün “Çjuntyan” elm və texnologiya sərgi salonu və Nantun şəhərinin Nançuanyuan mikrorayonunun partiya üzvlərinə və sakinlərinə xidmət mərkəzi ziyarət olunub.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Noyabr 2024 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see392

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see366

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see350

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see297

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see295

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see251

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see242

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see214

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see213

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see205

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see202

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see195

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see193

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see192

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see183

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see182

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see180

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see176

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri