Icma.az
close
up
RU
YAP Qaradağ rayon təşkilatı Zərifə Əliyevanın anım günü qeyd etdi FOTOLAR

YAP Qaradağ rayon təşkilatı Zərifə Əliyevanın anım günü qeyd etdi FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan elm tarixinə görkəmli alim, oftalmologiya sahəsində tanınmış mütəxəssis, ictimai-siyasi xadim və fədakar insan kimi düşmüş akadmeik Zərifə xanım Əliyevanın anım günü Qaradağ rayonu, 3 saylı Birləşmiş Şəhər Xəstəxanasının Lökbatan qəsəbəsində yerləşən poliklinikasında qeyd edilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, Respublikasının müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə poliklinikanın açan baş həkimi Hüseyn İsrafilzadə bildirib ki, bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, Azərbaycan tarixinə mühüm elmi kəşflərin müəllifi və fədakar alim kimi düşmüş Zərifə xanım Əliyevanın xatirəsi qədirbilən Azərbaycan xalqı tərəfindən daim hörmətlə anılır. Bugünkü tədbirdə vaxtilə akademikin Azərbaycan Dövlət Tibb Universitetində tələbəsi olmuş həkimlərin iştirak etdiyini vurğulayan H.İsrafilzadə onun əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev akademik Zərifə xanım Əliyevanın həyatı və zəngin elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanın ayrılmaz hissəsi olan qədim Naxçıvan torpağının Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə xanım Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası - görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi.

Q.Əliyev qeyd edib ki, Akademik Zərifə xanım Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi yer tutur. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada yerləşən Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinin inkişafına həsr edib.

Rayon təşkilatının sədri vurğulayıb ki, akademik Zərifə xanım Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.

Tədbirdə çıxış edən poliklinikanın həkimi Pərvin Şirəliyeva Zərifə xanım Əliyevanın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostikanın, qlaukomanın və görmə orqanının iltihabının müalicəsinin xüsusi yer tutduğunu bildirib. O qeyd edib ki, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsini - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edən akademik Zərifə Əliyevanın elmi tədqiqatları yalnız kimya və elektronika sənayesinin inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar olub. Zərifə xanım Əliyevanın bu sahənin ilk tədqiqatçısı olduğu, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasının onun tərəfindən araşdırıldığı və bu məqsədlə ilk elmi-tədqiqat laboratoriyası yaratdığını xatırladıb. Bununla da elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyduğunu bildirib.

P.Şirəliyeva qeyd edib ki, bütün bu tədqiqtların nəticəsi olaraq Zərifə xanım Əliyeva 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqatın uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə xanım Əliyevanın 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçildiyini xatırladan P.Şirəliyeva onun, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifi olduğunu da qeyd edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Aprel 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri