Icma.az
close
up
RU
YAP Salyan rayon təşkilatının yaradılmasının 32 ci ildönümü qeyd olunub

YAP Salyan rayon təşkilatının yaradılmasının 32 ci ildönümü qeyd olunub

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) YAP Salyan rayon təşkilatının yaradılmasının 32-ci ildönümü münasibətilə “Siyasi iradədən milli birliyə” mövzusunda tədbir keçirilib.Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.YAP Salyan rayon təşkilatının inzibati binasında təşkil olunan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.Sonra Yeni Azərbaycan Partiyasının yaranmasından və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.Tədbiri giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov partiyanın yaranma tarixindən və keçdiyi inkişaf yolundan bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə təsis olunan Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın qarşıya qoyduğu strateji hədəflərin uğurla həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, bu gün YAP təkcə siyasi təşkilat deyil, həm də xalqın iradəsini, dövlətçilik ideyalarını və gələcəyə olan inamını təcəssüm etdirən güclü ictimai-siyasi qüvvədir.Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək yaradılmasının 32 illiyi qeyd edilən rayon təşkilatının hər bir üzvünü təbrik edib, yeni reallıqların qarşıya qoyduğu vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi işində onlara uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və ölkənin qabaqcıl ziyalılarının təşəbbüsü ilə formalaşan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan və ölkəmizin bu gün qazandığı böyük uğurlarda oynadığı mühüm roldan bəhs edilib. Qeyd edilib ki, müasir, dayanıqlı və güclü Azərbaycan dövlətinin formalaşmasında partiyanın fəaliyyəti əvəzsizdir. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkəmizin hərtərəfli inkişafını təmin edir.Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə qeyd edib ki, Yeni Azərbaycan Partiyası təkcə siyasi hadisələrin axarında yaranan təşkilat deyil, milli məsuliyyətin və xalqın sabaha olan inamının çağırışı ilə meydana çıxmış bir hərəkatdır. Ulu Öndər Heydər Əliyevin liderliyi ilə əsası qoyulan bu partiya çətin və ziddiyyətli dövrlərdə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edərək sabitliyə və inkişafa aparan yolun əsas siyasi dayağına çevrilib. Arif Rəhimzadə vurğulayıb ki, partiyanın uğur tarixini yaradan əsas amillərdən biri ideoloji sabitlik, prinsipial mövqe və xalqla daim sıx təmasda olmasıdır. O bildirib ki, partiya veteranlarının topladığı təcrübə, dövlətçiliyə və xalqa bağlılığı gənc nəsil üçün örnək olmalı, bu mənəvi körpü davamlı şəkildə qorunmalıdır.YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının ən böyük gücü onunla xalq arasında yaranmış etimad körpüsüdür. Bu etimad hər bir seçkidə, hər bir milli hədəfə doğru atılan addımda özünü bir daha təsdiqləyir. Partiyanın fəaliyyəti təkcə siyasi proseslərin idarə olunması ilə məhdudlaşmır – o, həm də dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində, ictimai şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayır.Tədbirdə həmçinin, YAP Salyan rayon təşkilatının veteran üzvü Kərəm Muradov, Salyan Rayon Statistika İdarəsinin rəisi, ərazi partiya təşkilatının sədri Elnur Hüseynov, Salyan şəhər 4 saylı tam orta ümumtəhsil məktəbinin direktoru, partiya fəalı Gülər Quliyeva və başqaları çıxış edərək bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzunun davamlı olaraq artdığını deyiblər.Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərman, YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyul 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see220

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see169

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri