Icma.az
close
up
RU
YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) dəvəti ilə 15 dekabr - Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankara şəhərində keçirilən tədbirdə iştirak edib.

Türkiyə Respublikasının Prezidenti, AK Parti Sədri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən tədbirdə partiyanın “Türk Dünyası Strateji Baxış Sənədi” təqdim olunub.

Tədbirdə çıxış edən AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Kürşad Zorlu konsepsiyada qarşıya qoyulan əsas hədəfin türk dövlətləri arasında bütün səviyyələrdə əlaqələrin daha da möhkəmləndirilməsi və Türk dünyasının ortaq gələcəyinin formalaşdırılması olduğunu bildirib.

Daha sonra Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edərək beynəlxalq müstəvidə, o cümlədən Türk dünyasında sülh və təhlükəsizlik naminə işbirliyinin önəmini nəzərə çatdıraraq xalqların rifahı və ölkələrin tərəqqisi naminə beynəlxalq hüquq normalarına əsaslanan məqsədyönlü siyasətin vacibliyinə toxunub.

Dövlət başçısı çıxışında Türk Dövlətləri Təşkilatının yaradılması və çoxşaxəli fəaliyyətinin Türk dünyasında birlik və əməkdaşlığın gücləndirilməsində müstəsna rolunu qeyd edərək “Türk Dünyası Strateji Baxış Sənədi”nin qəbul olunması ilə bu istiqamətdə çox mühüm bir addım atıldığını vurğulayıb. “Türk xalqlarının çoxəsrlik bilik və təcrübəsini özündə ehtiva edən bu sənəd növbəti yüzilliyin hədəflərinin gerçəkləşdirilməsində önəmli bir bələdçi rolunu oynayacaqdır”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

O, ortaq türk əlifbası ilə belə bir konseptual sənədin hazırlanmasını AK Partinin qlobal məsuliyyət hissi ilə Türk dünyasında həmrəyliyi gücləndirmək iradəsinin konkret təzahürü adlandırıb: “Türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirməyi və institusional çərçivədə çoxşaxəli əməkdaşlığı gücləndirməyi hədəfləyirik. İqtisadi inkişafa, mənəvi həmrəyliyə nail olmaq, strateji əməkdaşlığı və regional təhlükəsizliyi təmin etmək gələcəyə baxışımızın mərkəzində duran əsas məqsədlərdir. Sənədi hazırlayarkən mövcud beynəlxalq müqavilələri, ikitərəfli və çoxtərəfli əməkdaşlığı, qlobal prosesləri nəzərə almışıq. Eyni zamanda, Türk dünyasında siyasi və iqtisadi transformasiyaları, ölkələrimizin xarici siyasət perspektivlərini diqqət mərkəzində saxlayaraq  milli maraqları rəhbər tutmuşuq”.

Rəcəb Tayyib Ərdoğan mədəni əməkdaşlıqdan iqtisadi inteqrasiyaya, enerji təhlükəsizliyindən çoxşaxəli nəqliyyat şəbəkələrinə, təhsildən gənclər siyasətinə qədər geniş sahələri ehtiva edən sənədin türk dövlətlərinin mövcud potensialından səmərəli istifadə etməyi hədəflədiyini vurğulayıb: “Türk dünyasının gələcəyi ilə bağlı planlar ümumi təkliflərdən konkret layihələrə çevrilir. Biz koordinasiyanı gücləndirən, qərar qəbuletmə mexanizmlərini sürətləndirən və birgə layihələrin həyata keçirilməsini mümkün edən idarəetmə modelini təqdim edirik. Bu addımlar sayəsində əməkdaşlığımız daha sistemli olacaq, qərarlar operativ və effektiv şəkildə icra ediləcək”.

Türkiyə Prezidenti BMT-nin mədəniyyət agentliyi olan UNESCO-nun Səmərqənddə keçirilən Baş Konfransının qərarı ilə 15 dekabrın Dünya Türk Dili Ailəsi Günü elan olunmasının əhəmiyyətinə toxunaraq bu xüsusda türk dövlətlərinin qarşısında duran vəzifələrə diqqəti cəlb edib.

Səfər çərçivəsində YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov AK Parti Sədrinin Türk dövlətləri ilə əlaqələr üzrə müavini, TBMM-in üzvü Kürşad Zorlunun adından tədbir iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətə də qatılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Dekabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri