YAP Şəmkir rayon təşkilatında veteran partiyaçılarla görüş keçirilib
Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının inzibati binasında partiya veteranlarının iştirakı ilə görüş keçirilib.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, partiya veteranlarına diqqət və qayğı göstərilməsi partiya rəhbərliyinin hər zaman böyük həssaslıqla yanaşdığı və xüsusi diqqət mərkəzində saxladığı məsələdir. F.Vəliyev partiya veteranları ilə söhbət edib və onları yubiley yaşları münasibəti ilə təbrik edərək uğurlar arzulayıb.
Görüşdə həmçinin YAP Şəmkir rayon təşkilatının ictimai-siyasi həyatında fəallıqlarına və yubileyləri münasibətilə bir qrup partiya veteranları Fəxri Fərmanlarla və qiymətli hədiyyələrlə təltif olunublar.
Veteran partiyaçılar göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 17 İyul 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















