Icma.az
close
up
RU
YAP və AK Parti sədrlərinin müavinləri arasında görüş keçirilib

YAP və AK Parti sədrlərinin müavinləri arasında görüş keçirilib

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən ikinci beynəlxalq konfransda iştirak etmək məqsədilə Azərbaycana səfərə gələn Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin Xarici əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Zafer Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə dekabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında görüş keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əsrlərin sınağından şərəflə çıxan Azərbaycan-Türkiyə münasibətlərinin bu gün dünyada nümunəvi xarakter daşıdığını qeyd edib. O, ortaq milli-mənəvi dəyərlər və köklü tarixi ənənələr üzərində təşəkkül tapmış, “bir millət, iki dövlət” prinsipinə, dostluğa və qardaşlığa əsaslanan ölkələrarası əlaqələrin dövlət başçılarının iradələri əsasında keyfiyyətcə yeni mərhələyə yüksələrək uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərinin daha geniş coğrafiyada, o cümlədən Türk dünyasında dayanıqlı təhlükəsizliyə və çoxşaxəli əməkdaşlığa xidmət etdiyini söyləyən YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatının müasir beynəlxalq münasibətlər sistemində rolunun artırılması və mövqeyinin möhkəmləndirilməsi mühüm strateji hədəf kimi hər iki ölkə üçün prioritetdir.

YAP Sədrinin müavini "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən ikinci beynəlxalq konfransın önəminə diqqəti cəlb edərək bildirib ki, soydaşlarımızın öz ata-baba torpaqlarından zorla çıxarılması beynəlxalq hüquq normalarının kobudcasına pozulmasıdır. O, həmvətənlərimizin Qərbi Azərbaycana qayıdışı məsələsinin bütün Türk dünyası üçün aktual və önəmli olduğunu söyləyib, qardaş ölkənin mənəvi-siyasi dəstəyinə görə minnətdarlığını ifadə edib.

“Yeni çağırışlar müasir beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətləri olan Azərbaycan ilə Türkiyəni daha güclü olmağa vadar edir. Bu prosesdə YAP ilə AK Partinin də üzərinə mühüm vəzifələr düşür. Qardaş ölkələrin hakim siyasi partiyaları kimi məqsədyönlü fəaliyyətimizi ardıcıl şəkildə davam etdirməklə bütün hədəflərimizi inamla reallaşdıracağımıza heç bir şübhə yoxdur”, - deyə YAP Sədrinin müavini əlavə edib.

AK Parti Sədrinin Xarici əlaqələr üzrə müavini, TBMM-in üzvü Zafer Sırakaya Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Azərbaycan ilə Türkiyənin dost və qardaş ölkələr kimi daim bir-birinin yanında olduğunu, strateji müttəfiqlik münasibətlərindən irəli gələrək çoxşaxəli işbirliyini dərinləşdirdiyini qeyd edib.

Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsini tarixi nailiyyət kimi xarakterizə edən Zafer Sırakaya hazırkı geostrateji reallıqların yeni çağırışlar yaratdığını və ölkələrimizin birgə təşəbbüsləri ilə görülən işlər nəticəsində milli maraqlarımızın uğurla təmin edildiyini vurğulayıb.

O, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən ikinci beynəlxalq konfransın önəminə diqqəti cəlb edərək Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı məsələsinin beynəlxalq hüququn təməl prinsiplərinə əsaslandığını bildirib. Zafer Sırakaya 51 ölkədən 100-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq konfransın tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün çox önəmli platforma olduğunu bildirib.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım isə iki qardaş ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafının böyük məmnunluq doğurduğunu qeyd edib. O, Azərbaycan və Türkiyənin regionda sülh, sabitlik və inkişaf tərəfdarı olduğunu vurğulayıb.

Azərbaycanın beynəlxalq müstəvidə təşəbbüslərinin təqdirəlayiq olduğunu bildirən Şamil Ayrım ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a uğurla ev sahibliyi etdiyini xüsusi vurğulayıb. O, COP29 çərçivəsində qəbul olunan qərarların əhəmiyyətinə nəzər salaraq bu prosesi Azərbaycanın qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə müstəsna töhfəsi kimi dəyərləndirib.

Şamil Ayrım qeyd edib ki, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışı məsələsi beynəlxalq hüququn tələbi kimi dünya ictimaiyyətinin xüsusi diqqət mərkəzində olmalıdır: “Paytaxt Bakıda qayıdış hüququ ilə əlaqədar keçirilən beynəlxalq konfrans tarixi faktların və mövcud reallıqların dünyaya çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir”, - deyə o əlavə edib.

AK Parti Xarici Əlaqələr Departamentinin Sədr müavini İbrahim Halil Korkmaz, Beynəlxalq Demokratlar Birliyinin sədri Cengiz Aygör və TBMM-in protokol əməkdaşı Türker Yenerin də iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see394

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see170

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see158

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see150

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see134

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see129

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see127

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see123

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see120

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see120

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see119

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see119

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see118

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see117

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see117

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see117

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri