Icma.az
close
up
RU
YAP Xətai rayon təşkilatı onları sevindirdi FOTOLAR

YAP Xətai rayon təşkilatı onları sevindirdi FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının, Xətai Rayon İcra Hakimiyyətinin, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin və “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını və onların yaradıcılıq potensialını nümayiş etdirmək məqsədi ilə  “Fərqli fərdlər” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, YAP Xətai rayon təşkilatında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Azərbaycanda uşaq siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetişməsinə xüsusi önəm verdiyini deyib. O bildirib ki, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiyanın prioritet istiqamətlərindən biridir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qeyd edib ki, cəmiyyətimiz hər fərdi olduğu kimi qəbul etməli və onu dəstəkləməlidir. P.Vəliyeva qeyd edib ki, fərqli fərdlər bizim gücümüz, rəngarəngliyimiz və sosial dəyərlərimizin daşıyıcılarıdır. “Bu kimi tədbirlər bir daha sübut edir ki, inteqrasiya, empatiya və bərabərlik prinsipləri artıq cəmiyyətimizdə möhkəm əsaslara malikdir: “Biz bir-birimizi anladıqca və qəbul etdikcə, daha ədalətli və dayanıqlı bir gələcək qurmuş olacağıq”.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva qeyd edib ki, hər bir fərqli fərd cəmiyyətin bərabərhüquqlu üzvüdür və onların sosial həyata inteqrasiyası, potensiallarının üzə çıxarılması ümummilli məsələdir: “Uşaqlar gələcəyimizdir. Fərqli qabiliyyətlərə və ehtiyaclara sahib uşaqlar isə bu gələcəyin daha da rəngarəng və möhkəm olmasına zəmin yaradır”.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov bildirib ki, hər bir fərqli fərd öz istedadı, baxışı və varlığı ilə cəmiyyətimizə yeni dəyər qatır: “Bizim vəzifəmiz bu fərqliliyi görmək, qəbul etmək və onlara bərabər imkanlar yaratmaqdır. Xətai rayonunda bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir və bu gün burada olmaq da bunun bir nümunəsidir”.

Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, əməkdar məşqçi Hicran Şərifov qeyd edib ki, idman yalnız fiziki güc deyil, eyni zamanda iradə, əzm və ruhun qələbəsidir. “Fərqli fərdlər” dedikdə, biz yalnız fərqliliyi deyil, bu fərqliliyin gətirdiyi möhkəm xarakteri, özünə inamı və cəmiyyətə verdiyi gücü nəzərdə tuturuq. Onların hər biri cəmiyyətimizə ruh yüksəkliyi və yeni baxış bəxş edir.

Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid atası Meyvəddin Ramaldanov bu cür sosial təşəbbüslərin əhəmiyyətindən danışıb, tədbirin həm insani, həm də vətənpərvərlik dəyərlərinin təbliği baxımından xüsusi önəm daşıdığını vurğulayıb: “Biz bir millət olaraq, heç kəsi kənarda buraxmamalıyıq. Fərqli fərdlər dedikdə, cəmiyyətimizin bir parçası olan, lakin bəzən diqqətdən kənar qalan insanlardan danışırıq. Onların cəmiyyətə inteqrasiyası, həyat keyfiyyətinin yüksəldilməsi hər birimizin mənəvi borcudur”.

2 saylı Bakı “ASAN xidmət mərkəzi”nin direktoru Labidə Batıyeva həm paytaxt Bakıda, həm də regionlarda sosial müdafiə və inklüziv təşəbbüslərin dəstəklənməsi istiqamətində həyata keçirilən layihələrdən bəhs edib, bu cür tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıb.

“Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin sədri Nazilə Məhərrəmova qeyd edib ki, cəmiyyətin bütün təbəqələrini bir araya gətirən bu layihə fərqlilikləri qəbul etməyi və inklüziv yanaşmanı təşviq etməyi qarşısına məqsəd qoyub: “Fərqli fərdlər dedikdə, yalnız fiziki və ya zehni fərqlər nəzərdə tutulmur. Hər bir insanın özünəməxsusluğu, bənzərsizliyi var. Biz bu layihə ilə cəmiyyətin fərqliliklərə olan baxış bucağını dəyişməyə, onları qəbul etməyə və onları gücləndirməyə çalışırıq”.

Sonra əlilliyi olan uşaqlara həsr edilmiş, Ülviyyə Könülün rejissorluğu ilə çəkilən “Fərqli fərdlər” himninin təqdimatı olub.  Himn Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova və 15 nəfərlik inklüziv uşaq xorunun ifasında təqdim olunub.

Sonda təşkilatçılara və könüllülərə təşəkkürnamə və hədiyyələr təqdim olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 May 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see232

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see161

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see156

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri