Icma.az
close
up
RU
YAP Yasamal rayon təşkilatının 32 ci ildönümü tədbiri keçirildi Fotolar

YAP Yasamal rayon təşkilatının 32 ci ildönümü tədbiri keçirildi Fotolar

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yaradılmasının 32-ci ildönümünə həsr olunmuş “32 illik şərəf və qürur tarixi” adlı tədbir keçirilib.

Sfera.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının sənədlərlə iş və statistika şöbəsinin müdiri Ramilə Bədəlova, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Bakı Biznes Universtetinin rektoru İbad Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, Akad.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət  Mərkəzinin direktoru Qurban Yetirmişli,  “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Hidayət Məmmədov, Respublika qəzetinin baş redaktoru Hümbət Musayev, YAP  Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, Rayonda fəaliyyət göstərən idarə və müəssisələrinin rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə Fəxri Xiyabanda müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının 32 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.  Giriş nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev YAP Yasamal rayon təşkilatının 32 illik fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. 


Qeyd olunub ki, müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır.Yeni Azərbaycan Partiyası öz yaranışı ilə Azərbaycanın ictimai-siyasi fikir, siyasi fəaliyyət və mübarizələr tarixinə yeni bir keyfiyyət halı gətirdi. Müstəqilliyin ilk illərinin ictimai-siyasi proseslərinə, ümumi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun qətiyyəti və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. Yeni Azərbaycan Partiyasının siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiya olduğunu bildirən Bəxtiyar Nəbiyev qeyd edib ki, bu gün cənab prezident, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müasir, möhtəşəm tarixini yaşayır. Əldə olunan Zəfərlər bu gün Azərbaycanı dünyada ən nüfuzlu ölkələrdən birinə çevirmişdir. Ölkəmizin ictimai siyasi həyatında Yeni Azərbaycan Partiyası hər zaman aparıcı mövqedə olub. YAP Yasamal rayon təşkilatı da bu 32 il ərzində hər zaman rayonun və Partiyanın ictimai-siyasi həyatında əvəzolunmaz rol oynayıb. 


Sonda Bəxtiyar Nəbiyev YAP Yasamal rayon təşkilatının yaramsının 32 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov ilk öncə tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının yaradılmasının 32-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Buraqovun salamlarını və təbriklərini çatdırıb. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan və 740 mindən çox üzvü özündə birləşdirən Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yolu keçib. Yarandığı gündən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiya bu 32 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib, çox mühüm nailiyyətlər əldə edilib. Ölkəmizin əldə etdiyi zəfərlərdə və uğurlarda siyasi müstəvidə Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri vardır. YAP Yasamal rayon təşkilatı da yarandığı gündən bu günə qədər rayonun eləcə də partiyanın ictimai-siyasi həyatında öz uğurlu fəaliyyəti ilə hər zaman seçilib. 


Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malik olub: “Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Bu gün Prezident cənab İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır. Son illər Azərbaycanın dünya arenasında nüfuzunun xeyli artması digər dövlətlərin ölkəmizə marağını daha da gücləndirib.” Ölkəmizin əldə etdiyi zəfərlər və onun siyasi müstəvidə daha da möhkəmləndirilməsində Yeni Azərbyacan Partiyasının müstəsna xidməti olub. 


Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın və dövlətimizin taleyində mühüm rol oynayıb və Azərbaycanın güclü dövlət kimi təşəkkül tapmasında böyük xidmətlər göstərib.

“Bu gün partiyamızın gücü ulu öndər Heydər Əliyev ideyalarından, eyni zamanda, Ulu Öndər siyasətinin ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır. 15 oktyabr 2003-cü il ölkəmizinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi qədəm qoyub. Prezident cənab İlham Əliyev məhz həmin tarixdən başlayaraq ölkəmizin nüfuzunu artırmaqla onu həm də regionda və dünyada müstəqil xarici siyasət yürüdən ölkə, etibarlı tərəfdaş kimi tanıdıb. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyamızın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm gələcəyə doğru daha inamla irəliləyəcək". 


Sonda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Partiyanın keçdiyi 32 illik şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyib. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Bu istiqamətdə əldə olunan uğurlu nəaliyyətlərdə heç şübhəsiz YAP Yasamal rayon təşkilatının özünəməxsus rolu vardır. Qeyd olunub ki, belə uğurlu fəaliyyətdə Yasamal Rayon İcra Hakimiyyəti hər zaman YAP Yasamal rayon təşkilatının yanında olub və bundan sonra da olacaq. Çıxışının sonunda E.Həsənov YAP Yasamal rayon təşkilatının yaranmasının 32 illiyi münasibəti ilə öz təbriklərini çatdırıb. Çıxışlardan sonra YAP Yasamal rayon təşkilatının yaradılmasının 32-ci ildönümü münasibətilə və Partiyada ictimai-siyasi fəaliyyətə görə fəxri fərmanlar, hədiyyələr təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.  Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 Fevral 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see328

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see231

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see210

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see195

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see161

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see140

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see137

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see136

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see136

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see135

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see133

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see132

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see128

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see128

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see128

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see128

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see127

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see124

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see122

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri