Icma.az
close
up
RU
YAP Zəngilan rayon təşkilatının 31 İllik yubileyi qeyd olundu

YAP Zəngilan rayon təşkilatının 31 İllik yubileyi qeyd olundu

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aprelin 4 -də Zəngilan rayonunun Ağalı kəndində Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının 31-ci ildönümü münasibəti ilə “Qəhrəman xalqın şanlı partiyası-YAP” adlı  tədbir təşkil olunub.

Tədbirdə rayon təşkilatının sədri Natiq Quluzadə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşları Ceyhun Həsənov, Cahid Mövlayev, “Azərbaycan” qəzetinin məsul katibi, tarix üzrə fəlsəfə doktoru Elçin Vəliyev, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov, Ağalı kənd tam orta məktəbinin direktoru Azər Niftəliyev, rayon ziyalıları, şəhid ailələri, qazilər və partiya fəalları iştirak ediblər.

İlk olaraq Şəhidlər Xiyabanı  və Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.   

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.                                                                    

Daha sonra Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olundu.

Rayon təşkilatının sədri Natiq Quluzadə giriş nitqi ilə çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının tarix ərzində əldə etdiyi uğurları və gələcək hədəfləri ilə xalqımızın birliyini və gücünü təmsil edən rəqibsiz bir siyasi təşkilat olaraq, ölkəmizin inkişafı naminə fəaliyyətini hər zaman uğurla  davam etdirəcəkdir. O qeyd edib ki, partiya Ulu Öndər Heydər Əliyevin uzaqgörən ideyaları əsasında qurulmuşdur və onun əsas prinsipləri milli həmrəylik, dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın müstəqilliyinin qorunmasıdır. Bu ideyaların Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin hərtərəfli inkişafına əsas yaratmış, gələcək nəsillərə daha güclü, daha firavan bir Azərbaycan təqdim etmək məqsədini həyatımıza gətirmişdir.

Sədr əlavə edib ki, rayon təşkilatımız partiyamızın ən fəal qollarından biri olaraq partiyanın ideya və məqsədlərini yerli səviyyədə həyata keçirərək uğurlu fəaliyyət  qurub. O qeyd edib ki,  Zəngilan rayonunun yenidən qurulması və Ağalı kəndinin inkişafı partiyamızın uğurlu fəaliyyətinin bariz nümunəsidir və 31 illik yubiley münasibəti ilə rayon təşkilatının üzvlərini təbrik edərək partiyanın fəaliyyətinə uğurlar arzulayıb.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin məsul əməkdaşı Ceyhun Həsənov, “Azərbaycan” qəzetinin məsul katibi, tarix üzrə fəlsəfə doktoru Elçin Vəliyev və digərləri çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıblar. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atdığını, bu uğurların zirvəsində tarixi Zəfərimizin dayandığını, Ağalı kəndinin bu tədbirə ev sahibliyi etməsinin tarixi əhəmiyyətini də xüsusi vurğulayıblar.  Onlar, həmçinin, rayon təşkilatının yaranmasının 31 illik yubileyi münasibəti ilə öz səmimi təbriklərini çatdıraraq bu əlamətdar günün əhəmiyyətini qeyd etdilər.

Sonda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi, eləcə də rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya veteranına və fəalına Fəxri Fərman təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Aprel 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri