Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Ötən onilliklərin solmayan kinolentləri

Ölümdən sonra insanı nə gözləyir?

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

YAPın dövlətimizin inkişafında tarixi rolu var

YAPın dövlətimizin inkişafında tarixi rolu var

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının yaradılmasından 32 il ötür. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşdilər.  Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Ümummilli Lider Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.  Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.  

Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət partiya üzvlərini səciyyələndirən əsas göstəricilərdir. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.  Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. 5 mart 2021-ci ildə keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları ardıclıqla icra edir. YAP öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir.

Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. 32 ildir inkişaf və tərəqqi ömrü yaşayan Yeni Azərbaycan Partiyası  bu gün də ölkəmizdə gedən çoxşaxəli islahatlarla yeni bir tarixi mərhələyə qədəm qoyan dövlətçiliyimiz üçün yeni yaranmış reallıq kontekstindən çıxış edən böyük bir siyasi qüvvədir. Yaranmış yeni reallığı şərtləndirən başlıca amil dövlətimizin başçısının ümummili liderimiz Heydər Əliyevin ideyalarını daha da inkişaf etdirərək həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanı müstəqil dövlət kimi daha da gücləndirib, regionda aparıcı və dünya miqsyasında söz sahibi olan dövlətə çevirməklə, iqtisadi sahədə qazandığımız uğurları çox böyük məharətlə ərazi bütövlüyümüzün bərpasına yönəltməyi və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Şanlı qələbəmiz oldu. Yeni yaranmış reallıq YAP-ın fəaliyyətinin tənzimlənməsinin çevik idarəetmə mexanizminin yaradılmasını aktual etdi. Xüsusilə Vətən müharibəsinin əvvəlində başlamış siyasi dialoq qısa müddət ərzində yaxşı nəticələr vermişdir. Özünü siyasi qurum adlandıran antimilli şura istisna olmaqla, bütün partiyalar, bütün siyasi qüvvələr dialoqa meyil göstərmiş və dialoq baş tutmuşdur. Əlbəttə, Qarabağ məsələsi, siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi kimi ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Siyasi dialoqun davamında maraqlı olduğunu, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti olduğunu vurğulayan dövlət başçısının partiyanın qurultayındakı proqram xarakterli çıxışı YAP-ın qarşısında sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək, Azərbaycanın gələcəyi naminə milli birliyin əldə olunmasına xidmət edən siyasi dialoqun daha da dərinləşdirilməsini vəzifə kimi qoyur. Artıq hər kəsə məlum olduğu kimi, partiyanın VII Qurultayında 6 siyası partiyanın YAP-a qoşulması respublikada yaranmış yeni reallıq fonunda milli həmrəyliyin də yeni inkişaf mərhələsinin başlamasının bariz nümunəsidir. VII Qurultay göstərdi ki, yaradıldığı vaxtdan keçən 32 il ərzində YAP bir qayda olaraq siyasi proseslərin önündə gedib. Partiyada birinci müavin postunun təsis olunması, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birinci müavin postuna gətirilməsi, İdarə Heyətinin genişləndirilməsi, QHT sektorunda, ictimai-siyasi və mədəni mühitdə formalaşmış yeni adların İdarə Heyətində yer alması, yeni nəsil tanınan və tanınmayan siyasətçilərin rəhbərliyə gətirilməsi, köhnə və yeni nəsil siyasətçilər arasında balansı qoruyaraq Veteranlar Şurasının yaradılması partiyanın qarşısında qoyulan məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gələcəyini göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Noyabr 2024 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see280

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see227

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see190

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see189

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see167

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see162

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see159

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see159

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see158

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see157

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see156

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see156

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see154

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see150

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see149

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see149

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see148

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri