Icma.az
close
up
RU
YAPın təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

YAPın təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, YAP idarə heyətinin üzvləri, qazilər iştirak ediblər.

YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, Böyük Qayıdış Proqramı çərçivəsində ərazilərin minalardan təmizlənməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, iqtisadi fəaliyyətin bərpası və digər istiqamətlərdə atılan addımlar dayanıqlı məskunlaşmanın, o cümlədən müasir standartlara uyğun yüksək keyfiyyətli həyat şəraitinin təmin olunmasına əlverişli zəmin yaratmaqla bərabər, sosialyönümlü iqtisadiyyatın inkişafı baxımından da əhəmiyyətlidir:

"Qarabağ və Şərqi Zəngəzurun potensialından istifadə olunması nəinki həmin bölgələrin yüksəlişi, bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün mühüm perspektivlər yaradır. Nəhayət, dövrümüzün aktual çağırışlarından biri kimi işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” konsepsiyası əsasında ekoloji təmiz texnologiyaların tətbiqi, “yaşıl iqtisadiyyata” keçid, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı fəal mübarizə çərçivəsində “yaşıl dünya” naminə təşəbbüslərin reallaşdırılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi üçün son dərəcə əhəmiyyətlidir".

O bildirib ki, Böyük Qayıdış 30 il ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkən Azərbaycan xalqının ən böyük arzularından idi: "Bu gün iftixarla qeyd edirik ki, Heydər Əliyev yolunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər nəticəsində soydaşlarımızın arzuları gerçəkliyə çevrilir - Böyük Qayıdış prosesi uğurla reallaşdırılır. Bu proses tarixi ədalətin bərpasının təzahürü olmaqla bərabər, müasir beynəlxalq münasibətlər sisteminin layiqli və məsuliyyətli üzvü olan Azərbaycanın dünyada imicinin möhkəmlənməsinə xidmət edir və xalqımızın təntənəli Zəfər yürüşünün davam etdiyini göstərir".

YAP sədrinin müavini - icra katibi Əli Əhmədov qeyd edib ki, Azərbaycanın əldə etdiyi zəfərin böyük beynəlxalq əhəmiyyəti var.

O bildirib ki, Azərbaycan bu zəfərlə həm də beynəlxalq sülh və əməkdaşlığa töhfə verdi: "Eyni zamanda Azərbaycan fərqli bölgələrdə baş verən qanlı toqquşmalardan dinc yolla çıxmağın yolunu göstərdi. Azərbaycan haqsızlığa qarşı mübarizə apamağın və bunun qələbə ilə başa çatmasının yolunu göstərdi.

Əldə olunan nailiyət həm də Azərbaycanın güclü iqtisadiyyatının qələbəsidir. Qələbə rolu olan başqa bir amil Azərbaycan ordusudur. Azərbaycan ordusu torpaqlarını işğaldan etmək gücündə olduğunu sübut etdi. Dörd il əvvəl qazanılan qələbə həm də Azərbaycanın milli ruhunun qələbəsidir".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://missiya.az
archiveBu xəbər 07 Noyabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri