Icma.az
close
up
RU
Yapon alimlərindən xərçəngə qarşı gözlənilməz KƏŞF

Yapon alimlərindən xərçəngə qarşı gözlənilməz KƏŞF

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Alimlər xərçəng müalicəsində inqilabi nəticələr vəd edən yeni bir kəşf ediblər.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın İrəli Elm və Texnologiya İnstitutunun (JAIST) tədqiqatçıları Yapon ağac qurbağasının bağırsaqlarında aşkarlanan xüsusi bir bakteriyanın siçanlar üzərində aparılan təcrübələrdə xərçəng toxuma kütlələrini tamamilə yox etdiyini müəyyənləşdiriblər.

Araşdırmalar zamanı qurbağadan əldə edilən Ewingella americana adlı bakteriyanın cəmi bir dozasının belə ciddi yan təsir olmadan toxuma kütlələrini aradan qaldırdığı müşahidə olunub. Müalicədən 30 gün sonra siçanlara yenidən xərçəng hüceyrələri yeridilsə də, yeni toxuma kütlələrinin yaranmadığı qeydə alınıb. Bu fakt bakteriyanın orqanizmdə “immun yaddaş” formalaşdırdığını göstərir.

Tədqiqatçılar sürünən və amfibiyaların xərçəngə nadir hallarda tutulmasından ilhamlanaraq qurbağa, salamandra və kərtənkələlərdən götürülmüş 45 müxtəlif bakteriya ştammını araşdırıblar. Nəticədə doqquz ştammın toxuma kütlələrinə qarşı təsirli olduğu məlum olub. Ən yüksək effekt isə Yapon ağac qurbağasından əldə edilən E. americana bakteriyası ilə müşahidə edilib.

Araşdırma Gut Microbes adlı nüfuzlu elmi jurnalda dərc olunub. Analizlər bakteriyanın xərçəngə qarşı iki istiqamətdə təsir göstərdiyini ortaya qoyub. Belə ki, bakteriya bir tərəfdən birbaşa toxuma kütləsinə hücum edir, digər tərəfdən isə immun sistemini - T və B hüceyrələrini, eləcə də neyrofilləri aktivləşdirərək orqanizmin müdafiə mexanizmini gücləndirir. Xüsusilə oksigen səviyyəsi aşağı olan və kimyaterapiyaya davamlı mühitlərdə bakteriyanın daha təsirli olduğu bildirilib.

Mütəxəssislərin sözlərinə görə, E. americana inyeksiyaları doxorubicin kimi geniş istifadə olunan kimyaterapiya preparatlarından daha yaxşı nəticələr göstərib. Bundan əlavə, bakteriyanın qanda sürətlə təmizləndiyi və sağlam toxumalara zərər vermədiyi müəyyən olunub.

Bununla belə, alimlər insanlarda infeksiya riski ehtimalını nəzərə alaraq hələlik ehtiyatlı mövqe sərgiləyirlər. Klinik sınaqlara başlamazdan əvvəl geniş təhlükəsizlik testlərinin aparılmasının vacibliyi vurğulanır.

Tədqiqatın növbəti mərhələsində bakteriyanın müxtəlif xərçəng növlərinə təsirinin araşdırılması və mövcud müalicə üsulları ilə birgə tətbiqinin sınaqdan keçirilməsi planlaşdırılır. Alimlər bu kəşfin bioloji müxtəlifliyin qorunmasının tibbi araşdırmalar üçün nə qədər önəmli olduğunu bir daha nümayiş etdirdiyini qeyd edirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Dekabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri