Yapon musiqiçilərinin Çindəki konsertləri ləğv edilir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 21 noyabr, AZƏRTAC
Pekin ilə Tokio arasında artan diplomatik gərginlik səbəbindən bu həftə Çinin böyük şəhərlərində yapon musiqiçilərinin iştirakı ilə təxminən on iki konsert qəfildən ləğv edilib.
AZƏRTAC xəbər verir ki, buna Yaponiyanın yeni Baş naziri Sanae Takaiçinin Çinin Tayvana hücumu ilə bağlı açıqlamaları səbəb olub ki, bu da Tokio tərəfindən hərbi reaksiya ehtimalı yaradır.
Çinin reaksiyası Yaponiyaya səfərlərin boykot edilməsi və yapon dəniz məhsulları idxalının qadağan edilməsi kimi iqtisadi tədbirlərlə başlayıb, lakin sonra getdikcə mədəni tədbirlərə də şamil edilib, - deyə “Reuters” yazır.
Konsert məkanlarına, həmçinin gələn il yapon ifaçılarının çıxışlarına yeni sifarişlər təqdim etməmək tapşırılıb, təşkilatçılara isə pərəstişkarlarına yapon sənətçilərinin qarşıdan gələn konsertləri ilə bağlı reklam materialları göndərmək qadağan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 21 Noyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















