Icma.az
close
up
RU
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 16 iyun, AZƏRTAC

Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının dəvəti ilə dünyada məşhur yapon rəqqası və xoreoqraf Katsura Kan silsilə mühazirə və ustad dərsləri keçmək üçün bir neçə günlük Bakıya gəlib.

Buto avanqard rəqsinin dünyanın aparıcı nümayəndələrindən sayılan Katsura Kan bu sürreal rəqs istiqamətinin banisi Tatsumi Hijikatanın birbaşa tələbəsidir. Xoreoqrafın Azərbaycana ilk səfəridir. O, Bakının görməli yerlərini ziyarət etməkdən və Azərbaycan rəqsləri ilə yaxından tanış olmaqdan məmnunluğunu ifadə edib.

AZƏRTAC-a müsahibəsində Katsura Kan dünyada buto rəqsinə artan marağın səbəblərindən, həmçinin bu sənət istiqamətinin yarandığı ilk dövrlərdə ona göstərilən münasibətdən danışıb.

- Katsura-san, siz mühazirələr və ustad dərsləri ilə dünyanın müxtəlif ölkələrini gəzirsiniz. Buto rəqsinə marağın bu qədər böyük olmasının səbəbi nədir?

- Yaponiya ümumilikdə çox unikal ölkədir. Burada qədim ənənələr bu gün də yaşayır, eyni zamanda müasir mədəniyyətin də çox güclü təzahürləri mövcuddur. Mən 1979-cu ildən, yəni 45 ildən artıqdır ki, dünyanın müxtəlif ölkələrində - Rusiyada, Çində, Meksikada, ABŞ-də və başqa yerlərdə fəaliyyət göstərirəm. Bu illər ərzində görmüşəm ki, insanlar yapon mədəniyyətinə böyük maraq göstərirlər. Bu maraq təkcə rəqslə məhdudlaşmır, yapon rəssamlığına, animasiyasına, anime sənətinə, həmçinin ikebana və çay mərasimi kimi ənənələrə də böyük diqqət var. Yapon rəqsi də özünəməxsusluğu ilə insanları cəlb edir.

Düşünürəm ki, mənim də fəaliyyətimi davam etdirə bilməyimin əsas səbəbi budur - insanlar buto rəqsinə maraq göstərirlər.

- Siz buto rəqsinin aparıcı nümayəndələrindən birisiniz və əfsanəvi Tatsumi Hijikatanın tələbəsi olmusunuz. Bu sənət istiqaməti yarananda insanlar butoya necə yanaşırdılar?

- İlk illərdə buto kifayət qədər qalmaqallı sənət növü hesab olunurdu. Onun yaradıcıları butonu rəqs kimi təqdim etsələr də, cəmiyyət və sənət cameəsinin əksəriyyəti onu rəqs kimi qəbul etmirdi. Buna baxmayaraq, onlar bu istiqaməti inkişaf etdirməyə davam edir, əsərlərində cəsarətli və mübahisəli elementlərdən istifadə edirdilər. Bu gün butonun yaranmasından təxminən 65 il ötür. Düşünürəm ki, insanlar hələ də “Buto nədir?” sualını verirlər. Ola bilsin, məhz onun sirli və tam izah olunmayan təbiəti bu sənət növünə marağın davam etməsinə səbəb olur.

- Bəs siz bu sualın cavabını bilirsiniz? Buto nədir?

- Mən indiyə qədər bu cavabın axtarışındayam...

- Sizcə, missiyanız nədən ibarətdir?

- Mən bütün dünyada daha çox “minor bədən” kəşf etməyə çalışıram. (“Minor bədən” və ya “passiv/həssas bədən” rəqqasın sərt əzələ nəzarətindən, şəxsi iradəsindən və sosial kimliyindən müəyyən mənada uzaqlaşdığı vəziyyəti ifadə edir. Bu halda bədən “boş məkan”a çevrilərək hərəkətin, obrazların və emosiyaların ona nüfuz etməsinə imkan yaradır, - müəllifin qeydi.)

Bu yanaşma rəqsin ifadə imkanlarını genişləndirir, onu daha rəngarəng və çoxşaxəli edir. Eyni zamanda, biz rəqs sənətində Asiya mədəniyyətinin elementlərinin daha geniş təmsil olunmasını istəyirik. Bu gün Asiya tədricən öz köklərinə qayıdır, mədəni irsini və ənənələrini yenidən kəşf edir. Mənim üçün bu proses son dərəcə maraqlıdır.

- “Minor bədəni” qeyd etdiniz. Buto rəqsində “minorluq” anlayışı nə dərəcədə vacibdir?

- Buto özü-özlüyündə “minorludur”. Bu, qaranlıq rəqsidir. Bir çox insan gözəllik axtarmağa çalışır. Butoda biz gözəllik axtarmırıq. Biz gözəllikdən daha yüksək, daha böyük nəyisə axtarırıq. Bu mənada yenidən suala qayıdırıq: incəsənət nədir, mədəniyyət nədir? “Major” Avropa düşüncə tərzi əvəzinə, biz “minor” dünyanın dilində danışırıq. Mən belə hiss edirəm.

Müəllif – Anara Axundova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyun 2026 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri