Yaponca öyrənəcəyinə söz verdi
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda rəsmi səfərdə olan Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşü zamanı maraqlı bəyanatlarla yadda qalıb.
“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri yaponiyalı həmkarının ingilis dili bacarığını yüksək qiymətləndirib və zarafatla növbəti görüşə qədər yapon dilini öyrənəcəyinə söz verib.
“Mən hələ sənin dilini mənimsəməmişəm. Amma söz verirəm ki, növbəti dəfə gələndə bu dildə səlis danışacağam”, – deyə Tramp bildirib.
Qeyd edək ki, zarafatlara baxmayaraq, tərəflər arasında keçirilən rəsmi görüş kifayət qədər gərgin mövzular ətrafında cərəyan edib. Hazırkı vəzifəsində ABŞ-yə ilk səfərini edən Takaiçi ilə Trampın işgüzar naharı əvvəlcədən ləğv edilsə də, liderlər ikitərəfli görüşün vaxtını uzatmağa qərar veriblər.
Məlumat üçün bildirək ki, görüşün əsas müzakirə mövzularından biri Hörmüz boğazındakı vəziyyət olub. Tramp bir sıra ölkələri, o cümlədən Yaponiyanı strateji əhəmiyyətli bu boğaza hərbi gəmilər göndərməyə çağırıb. Lakin Yaponiya konstitusiya məhdudiyyətləri səbəbindən bu məsələdə ehtiyatlı davranır.
Baxış sayı:106
Bu xəbər 20 Mart 2026 06:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















