Yaponiya 7,2 bal və daha yüksək zəlzələlər gözləyir
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
Yaponiya sakinlərini yaxın gələcəkdə baş verə biləcək yeni zəlzələ dalğasına hazırlaşmağa çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli "NHK" nəşri məlumat yayıb.
Yaponiya Meteorologiya İdarəsi müvafiq xəbərdarlıq yayıb. Mütəxəssislər hesab edirlər ki, Kuril və Yaponiya xəndəkləri boyunca güclü zəlzələnin baş vermə ehtimalı həmişəkindən daha yüksəkdir.
Bundan əlavə, elm adamları Hokkaydodan Tohokuya mümkün sunami təhlükəsi barədə xəbərdarlıq etsə də, sonradan xəbərdarlıq ləğv olunub. Hazırda sakinlər artıq zəlzələnin fəsadları ilə üz-üzədir. İvate prefekturasındakı Kuji limanında 70 santimetr, Hokkaydodakı Urakava şəhərində isə 50 santimetr hündürlüyündə sunami müşahidə edilib.
"The South China Morning Post" (SCMP) qəzeti zəlzələlər nəticəsində indiyə qədər 30 nəfərin xəsarət aldığını bildirir. Təbii fəlakət nəticəsində yollar sıradan çıxıb, minlərlə insan işıqsız qalıb. Məqalədə deyilir: “Bazar ertəsi saat 23:15-də baş verən 7,5 bal gücündə zəlzələ (ilkin 7,6-dan aşağıdır) yaxın günlərdə oxşar və ya daha güclü təkanların baş verməsi ehtimalını artırır”.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 09 Dekabr 2025 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















