Yaponiya: ABŞ ın 25 faizlik tarif qərarı təəssüf doğurur
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
Yaponiya Baş naziri İşiba Şigeru, ABŞ Prezidenti Donald Trampın Yaponiyaya qarşı 25 faiz gömrük rüsumu tətbiq etməsi qərarını "təəssüf doğurucu" adlandırıb.
Xalqcebhesi.az Kyodo agentliyinə istinadən xəbər verir ki, İşiba bu açıqlamanı tariflərlə bağlı işçi qrupunun iclasında verib.
İşiba bildirib ki, ABŞ-ın bu qərarı qarşılıqlı fayda əsasında razılaşmaya nail olmaq üçün aparılan ikitərəfli danışıqların davam etməsinin zəruriliyini ortaya qoyur. O qeyd edib ki, Trampın əvvəlcədən təyin etdiyi tarif göstəricisindən daha aşağı bir rüsum səviyyəsi tətbiq edilib və bu da Yaponiya ilə ABŞ arasında uzunmüddətli müttəfiqlik münasibətləri fonunda gələcək danışıqlara yol açır.
İşiba deyib:
“Təəssüf ki, aramızda fikir ayrılıqları var və hələlik razılığa gələ bilməmişik. Yaponiya ehtiyac duyduğunu tələb edir və qoruyur, eyni zamanda asanlıqla güzəştə getmir.”
Prezident Trampın İşibaya yazdığı məktubda isə belə ifadə yer alıb:
“Zəhmət olmasa anlayın ki, 25 faizlik tarif, ölkənizlə aramızdakı **ticarət balansı fərqini aradan qaldırmaq üçün lazım olan rüsumdan daha aşağıdır.”
Tramp oxşar məzmunda bir məktubu Cənubi Koreyaya da göndərib və qeyd edib ki, bu gömrük tarifləri münasibətlərdən asılı olaraq artırıla və ya azaldıla bilər.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 08 İyul 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















