Yaponiya ABŞ ın rüsum siyasətinə cavab vermək niyyətindədir
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaponiya hökuməti Vaşinqtonun avtomobil idxalına 25% rüsum tətbiq etməsinə cavab vermək üçün bütün variantları araşdıracaq.
APA xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı ölkənin baş naziri Şiqeru İşiba deyib.
"Biz müvafiq cavab barədə düşünməliyik. Təbii ki, biz bütün mümkün variantları nəzərdən keçirəcəyik", - o bildirib.
İşiba vurğulayıb ki, Yaponiya ABŞ iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırıb və xeyli sayda iş yerləri yaradıb.
"Yaponiya ABŞ-a ən çox sərmayə qoyan ölkədir. Ona görə də biz düşünürük ki, həqiqətənmi bütün ölkələrə də eyni münasibət göstərilməlidir?", - o əlavə edib.
Qeyd edək ki, avtomobil sənayesi Yaponiya iqtisadiyyatının əsaslarından biri hesab olunur. Ona görə də ölkədə ən çox narahatlığa səbəb bu məhsulların idxal rüsumlarıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 27 Mart 2025 07:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















