Yaponiya ABŞnin Avstraliyadakı hərbi təlimlərinə qoşulacaq
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yaponiya hərbçiləri Avstraliyanın şimalındakı Darvində Avstraliya və Amerika əsgərlərinin birgə müntəzəm təlimlərinə qoşulacaq.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliya müdafiə naziri Riçard Marlz Pentaqon rəhbəri Lloyd Ostin və Yaponiya müdafiə naziri Gen Nakatani ilə birgə mətbuat konfransında bildirib.
“Bu gün elan edirik ki, Yaponiyanın Sürətli Yerləşdirmə Amfibiya Briqadasının əsgərləri vaxtaşırı Avstraliyada yerləşdiriləcək”, – Marlz deyib.
O həmçinin qeyd edib ki, üç ölkənin hərbçilərinin daha intensiv təlimləri “birgə müdafiə üçün həqiqətən fantastik imkan” yaradır.
Ostin öz növbəsində bildirib ki, ABŞ AUKUS (Avstraliya, Britaniya və ABŞ) müdafiə tərəfdaşlığı çərçivəsində nəzərdə tutulan imkanları təmin edəcək: bu, Avstraliya üçün ABŞ-dən üç-beş “Virginia” sinifli sualtı qayığın alınmasını və yeni sinif sualtı qayıqların qayrılmasını nəzərdə tutur.
Darvində ildə altı ay ərzində 2 min ABŞ dəniz piyadası yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 17 Noyabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















