Yaponiya avtomobil nəhəngi 12 ay ərzində müflis ola bilər
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
““Nissan”a iflasın qarşısını almaq üçün lövbər investor tapmaq üçün bir il vaxtı var”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
“Yaşamaq üçün 12 və ya 14 ayımız qalıb”, - konsernin top menecerlərindən biri deyib.
“Renault” yapon şirkətindəki payını azaltmaq qərarına gəldikdən sonra yaponlar üçün çətinliklər yaranıb. Fransa konserni öz səhmlərini “Nissan” ilə alyansın yenidən qurulması planına uyğun olaraq satacaq. Nəticədə “Renault”un payı 40%-ə çatacaq (əvvəlki 45% əvəzinə). Bundan əlavə, bu rəqəmlər yenidən azala bilər.
Bununla belə, “Nissan” hələ də özünü xilas etmək yollarına malikdir. Məsələn, yaponlar bank və ya sığorta qrupunu səhmdar kimi cəlb etmək niyyətindədirlər. Bundan əlavə, “Nissan” öz səhmlərinin bir hissəsini “Honda”ya satmaq imkanını istisna etmir.
Noyabrda “Bloomberg” xəbər verib ki, “Nissan” dünya üzrə 9 minə yaxın işçini ixtisar etmək, eləcə də istehsal gücünü 20% azaltmaq niyyətindədir. Şirkət həmçinin digər avtomobil istehsalçısı “Mitsubishi Motors Corp”un 10%-ni satmaq qərarına gəlib (indi onun payı 34%-dir).
Bu addım brendin avtomobillərinin əsas bazarlarda satışlarının azalmasının nəticəsidir. Nəticədə, “Nissan” bu maliyyə ilində (2025-ci ilin martında başa çatır) əməliyyat mənfəətinin 500 milyard yendən 150 milyard yenaya (3,23 milyard dollardan 972 milyon dollara) düşəcəyini gözləyir.
Bu mövzuda digər xəbərlər:Yaponiya 10 il ərzində Hindistan iqtisadiyyatına 68 milyard dollar sərmayə qoyacaq
26 Avqust 2025 20:15
12 il ərzində axmaq qərarlar verilib
16 Mart 2025 19:57
29 gün ərzində 12 qadın CİNAYƏTİ Detallar
30 İyun 2025 15:26
Yaponiya nəhəngi dünyanın ən çox avtomobil satan şirkəti oldu TOYOTA nın İLLİK STATİSTİKASI
03 Fevral 2025 16:06
ABŞ Energetika Nazirliyi: Aİ 6 12 ay ərzində Rusiya qazından imtina edə bilər
12 Sentyabr 2025 15:43
Baxış sayı:107
Bu xəbər 29 Noyabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















