Icma.az
close
up
RU
Yaponiya böyük transformasiyalar ölkəsi Tel­man Oru­cov yazır

Yaponiya böyük transformasiyalar ölkəsi Tel­man Oru­cov yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Telman ORUCOV

(Əvvəli 27 dekabr  2025-ci il sayımızda)

ABŞ Yaponiyanın iki şəhərinə atom bombası atır

ABŞ, Böyük Britaniya və Çin rəhbərlərinin qəbul etdikləri Potsdam Deklarasiyası yaponlara söz, din, düşüncə azadlığı və digər fundamental azadlıqlar vəd etdi. Bundan az sonra, 6 və 9 avqustda (1945-ci il) Hirosimaya və Naqasakiyə amerikanların atom bombası atması nəticəsində çox sayda insan tələfatı baş verdi.

Prezident Harri Trumen (Ruzvelt 12 aprel 1945-ci ildə ölmüşdü) və onun məsləhətçiləri belə bir razılığa gəldilər ki, Yaponiyanın paytaxt ərazisinə girəndə amerikan qoşunları ağır itki verəcəkdir, bunun 1 milyon nəfər ölçüsündə olacağı proqnozlaşdırılırdı. Okinavada gedən döyüşlər amerikanların xeyli itki verməsinə səbəb olmuş, 12 min nəfər həlak olmuş və 36 min nəfər yaralanmışdı. Tokionu işğal etmək isə daha qanlı döyüşlərə səbəb olacaqdı. Ona görə də yeni, 1945-ci ilin iyulunda sınaqdan keçirilmiş atom bombalarının Hirosimaya və Naqasakiyə atılması qərarı verildi.

Okinava adasının amerikanlar tərəfindən 23 iyunda bütünlüklə tutulması isə strateji əhəmiyyət daşıyırdı, adadan havaya qalxan amerikan təyyarələri yapon şəhərlərini daha intensiv şəkildə bombalaya biləcəkdi. Okinavadakı döyüşlərdə yaponlar ağır itkilərə məruz qalmışdılar, 90 min nəfər yapon həlak olmuş, 7 min nəfər əsir düşmüşdü. Adada gedən vuruşda amerikan ordusunun komandanı general Bakner artilleriya mərmisi zərbəsindən həlak olmuşdu, ilk dəfə olaraq, amerikan generalının döyüşdə itkisi baş vermişdi. Az sonra Okinavada vəziyyətin çıxılmaz olduğunu görən yapon qoşunlarının komandanı, general Usidzima isə seppuku edərək, özünü intihar etmişdi.

Yaponiya 14 avqustda qeyd-şərtsiz təslim oldu. İmperator Hirohido qorxudan bununla razılaşmalı olmuş və xalqa belə təkliflə radio ilə müraciət etmişdi. O, atom bombardmanın davam edəcəyindən qorxurdu,  amerikanların planlarından xəbərsiz idi. Atom bombasından istifadə isə öz vəzifəsini və məqsədini artıqlaması ilə yerinə yetirmişdi. II Dünya müharibəsi nəhayət, sona çatdı.

Atom bombardmanı baş verməmişdən əvvəl də Yaponiya aviasiya hücumlarına qarşı xüsusən kövrək idi, çünki özünün hərbi-hava qüvvələri əslində məhv edilmişdi və onun sıx əhalisi yüngül materiallardan tikilmiş evlərdə yaşayırdı.

Amerikanların B-29 bombardmançı təyyarələrinin ağır bombardmanı 1944-cü ilin noyabrında başlanmışdı. Yapon zavodlarının çoxu dağıdıldı, paytaxt şəhəri sakinlərinin beşdə biri məhv edildi. Yapon hökuməti 13 və 60 yaşlar arasında olan bütün adamları "xalq könüllü korpuslarında" xidmətə səfərbər etdi.

Atom bombaları nəticəsində baş verən dağıntı isə ağlasığmaz qaydada idi.

Hirosimada 75 min bina partlayışdan dağılmışdı. Şəhərin 400 min əhalisindən 140 mini 1945-ci ilin sonunadək ölmüşdü, 1950-ci ilin sonunda əlavə 50 min adam radiasiya effektindən həlak olmuşdu. Onlar, əsasən mülki vətəndaşlar idi. Bombaların bilavasitə atıldığı günlərdə isə Hirosimada 100 min, Naqasakidə isə 70 min adam ölmüşdü.  İlk atom bombasını icad edən amerikan alimi Robert Oppenheymer (1894-1967-ci illər), yeni silah növünün Hirosmaya atılmasından sonra öz müsahibəsində, bombanın dəhşətli ölüm saçan gücünü, qədim hind poeması "Bhavaqati-qita"dakı "Mən - dünyaları dağıdan ölüməm" kimi məşhur sözlərlə ifadə etmişdi. 

9 avqustda Sovet İttifaqı Yaponiyaya müharibə elan etdi və Mancuriyanın içərisinə yürüş etdi. Burada Kvantun ordusu sovet qoşunlarına olduqca zəif müqavimət göstərdi. Bu vaxt yapon hökuməti öz şərtləri əsasında təslim olmağa cəhd göstərdi.

Müttəfiqlər yapon xalqının iradəsinə hörmətlə yanaşmağa razılıq verdilər, çünki imperator təslim olmaq barədə təkidlə təklif edirdi. Sakit okean müharibəsi 14 avqustda sona çatdı. Rəsmi qeyd-şərtsiz təslim isə 2 sentyabrda Tokio körfəzində, ABŞ-ın "Missuri" gəmisində imzalandı.

Hərbi ekstremistlər imperatorun 14 avqustda xalqa müraciətini mümkün edən radio verilişini pozmaq istədilər. Hərbçilər və millətçilər arasında çox sayda intihar hadisələri baş verdi, onlar öz şərəflərinin təhqir edildiyini düşünürdülər. Axı yaponların tarix boyu yadellilər tərəfindən məğlub edilməsi faktı olmamışdı. Lakin imperatorun nüfuzu və şəxsi iradəsi nəhayət, narazılıqları yatırtdı. Hökumət istefa verdi və yeni hökumət yarandı.

Yapon hərbi-dəniz donanmasının və hərbi-hava qüvvələrinin məhv edilməsi ölkə adamlarına təhlükə törədirdi. Lakin Yaponiyanın iri ordusu heç də məğlub

edilməmişdi, I Dünya müharibəsinin sonunda salamat qalmış alman ordusunu xatırladırdı. Və bu vəziyyət ordunun vuruşmağı davam etdirmək inadkarlığına təsir göstərməmiş deyildi. Lakin işğal yapon şəhərlərini viran qoymuşdu, xalqın həyat qüvvəsi taqətdən düşmüşdü. Hökumət nüfuza və hörmətə malik deyildi.

Təhlükəli qida kasadlığı mövcud idi və nəhəng ölçüdəki inflyasiya milli möhkəmliyin qorunub saxlanmasına təhlükə törədirdi. Zaman ciddi dəyişiklik üçün yetişmişdi.

II Dünya müharibəsinin sonunda işğal edilmiş Yaponiyada siyasət kəskin surətdə müzakirə edilirdi. Yapon hökuməti demokratik meyllərin saxlanmasına və möhkəmlənməsinə yönəlmiş bütün maneələri kənarlaşdırmalı idi. 29 avqustda qəbul edilən sənədə görə, Yaponiya artıq Birləşmiş Ştatlara təhlükə törətməyəcəkdi.

Yaponiya özünün demokratik prinsiplərə əsaslanan hökumətinə malik olacaqdı və Birləşmiş Ştatlar da buna hər cür dəstək verəcəkdi. Yaponiya yalnız dörd böyük adadan və bir neçə kiçik adadan ibarət olacaqdı, orduya malik olmamaqla, demilitarizasiyanı həyata keçirəcəkdi. Yeni siyasətə uyğun olaraq, militaristlərin hakimiyyəti və militarizm siyasi, iqtisadi və sosial həyatı "bütünlüklə məhv edəcəkdi" və bu dəhşətli mənbə bütünlüklə rədd edilməli idi. Yapon xalqı, fərdi azadlıqlara və insan haqlarına hörməti inkişaf etdirməyə həvəsləndiriləcəkdi. Bu, iqtisadiyyatın inkişafına da şərait yaradacaqdı, bunları da məhz dinc dövrün qaydaları tələb edirdi.

General Duqlas Makartur Asiyadakı müttəfiq qoşunların Baş komandanı adlanırdı. O, Baş komandan kimi məsləhət və konsultasiya vermək üçün Tokioda oturmuşdu və dövlətin bütün işlərinə müdaxilə edirdi. Beləliklə, işğal, özünün Baş işinin həyata keçirilməsi yerinə və qərargahına çevrildi. Makartur siyasətin və siyasətçilərin başlıca qərarlarının qəbul edilməsinə məsləhətlər verirdi.

Yaponiya cəmiyyətinin demokratikləşdirilməsi cəhdləri radikal və həm də ehtiyatlı olduğuna görə tənqidə məruz qalırdı. İşğalın ilkin aylarında militarist dövlətin prinsipial dəstəklənməsi kənarlaşdırıldı. Silahlı qüvvələr buraxıldı, hökumət heç də stabil deyildi. Tokioda Beynəlxalq Tribunal (Nürnberqdə olduğu kimi) general Todzionu və digər liderləri mühakimə etdi, 7 nəfərə ölüm hökmü verildi, 16 nəfər isə ömürlük həbs cəzasına layiq görüldü. İmperator Hirohito isə mühakiməyə cəlb edilməməklə, cəzadan uzaqlaşdırıldı, onun isə günahı heç də başqalarından az deyildi.

Keçmiş müstəmləkələrdən və Cənubi-Şərqi Asiya ölkələrindən milyonlarla yapon vətəninə döndü. Müharibə dövründə qubernatorları və milli polisi təyin edən ölkə nazirliyi ləğv edildi. Təhsil nazirliyi məcburi təhsilə nəzarətdən məhrum edildi.

Müharibədən sonrakı Yaponiya sərt qışdan salamat çıxmış və daha da möhkəmlənmiş ağacı xatırladırdı. Bu ağac gövdəsindəki yaşadığı illəri bildirən haşiyələr içərisində, sərt qışı ilə seçilən ilin dövrəsi, bunun nişanəsi kimi adətən daha qatı olur. Yaponiyanın timsalında sərt qış başqalarından fərqlənməklə, dörd il ardıcıl davam etmişdi. Ölkə taqətdən düşmüş, böyük bədbəxtlik dənizində üzməli olmuşdu. Onun bədəni ağır xəstəliklərə məruz qalsa da, lakin mənəvi gücü sarsılmamış, əksinə, daha da möhkəmlənmişdi. Bu möhkəmlik hesabına, müharibənin ağır nəticələrini qısa müddətdə ləğv edə bilmiş və sağlamlığını tam bərpa etmişdi.

Amerikan komissiyası yapon vətəndaşlarına konseptual islahatlar barədə məlumat verirdi. Dörd ay ərzində hökumət komitəsi Meydzi Konstitusiyasını təftiş etdi. Makartur hökuməti bu sahədəki hərəkətlər üçün sonrakı yeni layihələri hazırladı. Müqavimətə baxmayaraq, imperator onları bəyəndi və müharibədən sonrakı ildə düzəlişlər aparmaq üçün parlamentə verdi. Konstitusiya yavaş-yavaş dəyişikliyə uğrayırdı və 1947-ci ildə öz səmərəsini göstərdi.

Yaponiya demokratik dövlətə çevrilir

Yaponiya 3 fevral 1946-cı ildə yeni konstitusiya aldı, onun əsas müddəası Yaponiyanın mütləq monarxiyadan konstitusion dövlətə çevrilməsi idi. İmperator Hirohito özü 1 yanvar 1946-cı ildəki yeni il çıxışında, amerikanların təzyiqi altında yapon monarxının ilahı mənşəyi barədəki tezisi rədd etdi. İmperator "dövlətin və xalqın birliyinin simvolu" elan edildi; "onun vəziyyəti xalqın iradəsindən asılı olacaqdı. Xalq isə suveren hakimiyyətin daşıyıcısıdır". Yaponların çoxu üçün bu, əsrlər ərzindəki qaydanın məhvi demək idi, çünki orada dövlət, din və cəmiyyət bölünməz vahid kimi təsəvvür olunurdu. Bir andaca, dünyanın mənzərəsi dəyişdi. Bu, həyatın mənasını itirməyə bərabər idi, ona görə də Yaponiyada intiharlar seriyası baş verdi.

Konstitusiya, hüquqlar barədə 31 maddədən ibarət idi və 9 maddə müharibəni "millətin suveren hüququ" elan etdi və bildirdi ki, "quru, dəniz və hərbi-hava qüvvələri, müharibə potensialı kimi heç vaxt dəstəklənməyəcəkdir". İmperatorun "dövlətin və xalqın birliyinin simvolu kimi, xalqın iradəsi ilə bu mövqeyə yiyələnməsinə görə suveren hakimiyyətə sahib olması" ifadə olundu. Bir az əvvəl isə, 1 yanvar 1946-cı ildə imperatorun ilahiliyi iddiası ləğv edilmişdi.

Konstitusiya iki palatalı parlamentin yaradılmasını təsdiq etdi. Nümayəndələr Palatası ən yüksək hakimiyyətə malik olacaqdı. İngiltərədən götürülmüş köhnə perlik statusu ləğv edildi. O, məsləhətçilər palatası ilə əvəz edildi. Onun üzvləri də yalnız 6 illik bir müddətdə xidmət edəcəkdi.

Sülh müqaviləsi 1952-ci ildə səmərə verməyə başladı, siyasi nümunələrin elementləri artıq dəyişdirilmişdi. Mərkəzləşmənin zəifləməsi bəzi sahələrdə baha başa gəlirdi və səmərəsizliyini göstərirdi. Silahlı qüvvələr sonralar Özünümüdafiə qüvvələri adını aldı, 1972-ci ildə onun tərkibi artıq 250 min nəfərdən ibarət idi.

1947-ci il Konstitusiyasının təməl prinsipləri yapon siyasətçilərinin bütün fraksiyaları arasında dəstəkləndi. İcra hakimiyyəti yeni institutların başlıca aktoru rolunu oynayırdı. Məsuliyyət daşıyan liderlik tədricən əvvəlki dövrlərin imperial hakimiyyətinin ambivalent iddiaları ilə əvəz olundu.

İşğal, kənd təsərrüfatında da torpaq islahatına yol açdı, əvvəlki icarəçilər torpağa sahib olan fermerlərə çevrildilər. İcarəçilik əsasən I Dünya müharibəsindən sonra artmışdı, lakin səmərəli olmadığını göstərmişdi. Kəndli oğlanları, silahlı qüvvələrdə xidmətə görə aldıqları maaşın müəyyən hissəsini evlərinə göndərməli olurdular.

Biznesdə ABŞ-ın reinkarnasiya missiyası planları sənaye bölməsində müsbət dəyişikliklərə səbəb oldu. Asiyanın hər yerindəki qarışıqlıqlar və müharibədən sonrakı Yaponiyada olan iqtisadi böhran belə hərəkətlərə müdrikcəsinə hörmət bəsləməyi tələb edirdi. Yeni qanunvericilik həm də halal ticarət aparmağa həvəs yaradırdı və inhisar nümunələrinin geri dönməsinə imkan verirdi. İri banklar dağılmışdı və onlar, işğaldan sonrakı barışıq tədbirlərinin mərkəzi rolunu oynamalı idi.

İqtisadi hakimiyyətin tarazlığı, həmçinin güclü və cəsarətli həmkarlar hərəkatının yaranmasına təsir göstərdi. Ölkə və maddi rifah nazirlikləri ləğv edildikdən sonra, 1947-ci ildə yeni Əmək Nazirliyi yarandı. İşğalın ilk aylarında bütün siyasi dustaqların azad edilməsi, Yaponiya Kommunist Partiyası özəyinin yaranmasına səbəb oldu.

Müharibədən sonrakı erada sosial qanunvericilik öz enerjisini göstərdi.

Mülki məcəlləyə görə, ailənin kişi cinsindən olan başçısına bir sıra qanuni köməkliklər göstərilirdi. Yeni qaydanın simvolu kimi taxt-tac şahzadəsi Akihito ilə adi təbəqədən olan qızın matrimonial izdivacı da baş verdi.

(Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri