Yaponiya Çinin yaxınlığında raketlər yerləşdirə bilər
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Yaponiya Kyuşu adasında uzaqmənzilli raketlərin yerləşdirilməsi imkanını nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə "Kyodo" hökumət mənbələrinə istinadla məumat yayıb.
Kyuşu Yaponiyanın ən cənub adasıdır və Cənubi Koreya ilə Çinin sahilləri yaxınlığında yerləşir.
Mənbələrin məlumatına görə, Yaponiya hökuməti fövqəladə vəziyyətin yaranması halında, düşmənin hədəflərini vurmaq üçün ölkənin cavab zərbəsi imkanları əldə etməsi üzrə səyləri çərçivəsində raketlərin yerləşdirilməsi ehtimalını öyrənir.
Raketlərin yerləşdirilməsi 2026-cı ilin martında başlaya bilər. Bu addım Nansey adalarının təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib. Sözügedən ərazilər Tayvana yaxınlığı səbəbindən strateji vacib sayılır. Bu, Çinin Tayvana müdaxiləsi ehtimalının artması ilə əlaqədardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 16 Mart 2025 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















