Yaponiya Kiyevə vacib texniki avadanlıq verib
Icma.az bildirir, Reyting.az portalına istinadən.
Yaponiya Kiyevə Rusiya-Ukrayna müharibəsi qurbanlarının müəyyən edilməsi və mümkün müharibə cinayətlərinin sübutlarının toplanması üçün qabaqcıl texniki avadanlıq bağışlayıb.
Reyting.az-ın məlumatına görə, Yaponiya hökuməti tərəfindən BMT-nin İnkişaf Proqramı (BMTİP) vasitəsilə Ukrayna Daxili İşlər Nazirliyinə verilmiş 7 texniki avadanlıqlara DNT nümunələrini analiz etməyə qadir olan genetik analizatorlar, partlayıcı maddələrin və atəş qalıqlarının məhkəmə-tibbi ekspertizasında istifadə olunan qaz xromatoqrafı daxildir.
Kiyev yaxınlığında keçirilən təhvil-təslim mərasimində çıxış edən Ukrayna Daxili işlər nazirinin müavini Leonid Tımçenko Yaponiyanın dəstəyinin son dərəcə vacib və zəruri olduğunu vurğulayaraq, ölkədə minlərlə naməlum cəsədin tapıldığını, çoxlu sayda insanın itkin düşdüyünü qeyd edib.
Ukrayna hakimiyyəti cəbhə xəttinə yaxın ərazilərə avadanlığı göndərməklə istintaq qabiliyyətini artırmağı planlaşdırır.
Ukrayna rəsmiləri deyiblər ki, bu cihazlar ölkənin məhkəmə-genetik test imkanlarını iki dəfə artıracaq və identifikasiyanı ən azı iki dəfə sürətli və səmərəli edəcək.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Yaponiya XİN rəhbəri Kiyevə getdi
16 Noyabr 2024 08:48
Britaniya və Yaponiya Kiyevə 1 milyard dollar ayırıb
24 Dekabr 2024 17:13
Yaponiya gəmisində yanğın baş verib
11 Noyabr 2024 12:41
Yaponiya Çinə etiraz notası verib
02 Oktyabr 2025 09:31
Yaponiya sahillərində güclü zəlzələ baş verib
17 Noyabr 2024 19:14
Baxış sayı:57
Bu xəbər 29 Aprel 2025 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















