Icma.az
close
up
RU
Yaponiya mayın 1 dən neft ehtiyatlarının bir hissəsini buraxmağa başlayacaq

Yaponiya mayın 1 dən neft ehtiyatlarının bir hissəsini buraxmağa başlayacaq

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 aprel, AZƏRTAC

Yaponiya mayın 1-dən etibarən milli ehtiyatlarının bir hissəsini, təxminən 20 günlük tədarükə bərabər olan həcmdə nefti buraxmağa başlayacaq.

AZƏRTAC “Kyodo” agentliyinə istinadla xəbər verir ki, bu barədə cümə günü Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi bildirib.

Nazirlikdən verilən açıqlamada deyilir: “Yaxın Şərqdəki mövcud vəziyyət nəzərə alınmaqla, biz Hörmüz boğazından keçməyən marşrutlar vasitəsilə xam neft əldə etmək üçün bütün səyləri göstəririk”.

Tokio may ayına qədər keçənilki səviyyələrlə müqayisədə xam neft tədarükünün yarısından çoxunu alternativ mənbələrdən təmin etməyi planlaşdırır. Nazirlik əlavə edib: “Alternativ tədarükdəki irəliləyiş nəticəsində ehtiyatların həcmini minimum səviyyədə saxlayaraq, ilin sonundan sonra neft tədarükünü təmin edə bilərik”.

Nazirlik bildirib ki, sabit xam neft tədarükünü təmin etməyə davam etmək üçün Neft Ehtiyatları Qanununun 31-ci maddəsinə əsasən növbəti milli ehtiyatda olan xam neft partiyasını buraxacaq. Buraxılacaq ümumi miqdar təxminən 5,8 milyon kilolitr, onun təqribi dəyəri isə 540 milyard yen və ya 3,38 milyard dollar olacaq.

Dünyanın ən böyük xam neft idxalçılarından biri olan Yaponiya Yaxın Şərq enerji təchizatından çox asılıdır. Bu vəziyyət Hörmüz boğazının bağlanması və təchizatdakı pozuntu riskləri fonunda ölkənin enerji təhlükəsizliyi üçün əsas narahatlıq mənbəyidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri