Yaponiya океаnın dərinliklərində nadir torpaq elementləri tapıb
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
Yaponiya tərəfindən aparılan tədqiqat missiyası zamanı okeanın 6000 metr dərinliyində nadir torpaq elementləri ehtiva edən çöküntülər aşkar edilib. Oxuməni.az-ın “Deutsche Welle”-yə istinadla verdiyi xəbərə görə, bu barədə bazar ertəsi Tokio hökuməti məlumat yayıb.
Nümunələr dekabr ayında Yaponiyaya məxsus Sakit Okeandakı uzaq bir atoll adası olan Minamitori adasına yola düşən "Çikyu" dərin dəniz elmi qazma gəmisi tərəfindən toplanıb. Alimlərin qiymətləndirmələrinə görə, ətrafındakı sularda 16 milyon tondan çox nadir torpaq elementi gizlənə bilər - əgər bu təsdiqlənsə, bu yataq dünyanın ən böyüklərindən biri olacaq.
"Yaponiya Minamitori ərazisində nadir torpaq elementlərini daimi əsasda uğurla hasil edə bilsə, bu, əsas sənaye sahələri üçün daxili təchizat zəncirini təmin edəcək", - Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun (IISS) elmi əməkdaşı Takahiro Kamizuna AFP-yə verdiyi açıqlamada bildirib. O qeyd edib ki, bu, həm də Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hazırkı Yaponiya hökumətinin arzuladığı Çindən nadir torpaq elementlərinin tədarükündən asılılığı azaltmağa imkan verə bilər.
Yanvarın 6-da Çin Ticarət Nazirliyi Yaponiyaya ikili təyinatlı malların ixracına qadağa qoyduğunu elan edib. Nadir torpaq elementlərinin bir hissəsi bu siyahıya daxildir.
Nadir torpaq elementləri - unikal xüsusiyyətlərə malik 17 kimyəvi elementdir. Onlar yüksək texnologiyalı cihazların, xüsusən də radioelektronika və cihazqayırma sahəsində istehsalı üçün vacibdir. Nadir torpaq metallarının kəşf edilmiş ehtiyatları baxımından lider Çindir (44 milyon ton), ondan sonra Vyetnam (22 milyon ton), Braziliya (21 milyon ton), Rusiya (10 milyon ton) və Qrenlandiya (2 milyon ton) gəlir.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 02 Fevral 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















