Icma.az
close
up
RU
Yaponiya Orta Dəhlizin rəqəmsallaşdırılması layihəsinə qoşulur

Yaponiya Orta Dəhlizin rəqəmsallaşdırılması layihəsinə qoşulur

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Astana, 25 avqust, AZƏRTAC

Yaponiya hökuməti Orta Dəhliz istiqamətində yerləşən Aktau limanında gömrük xidmətlərinin rəqəmsallaşdırılmasına dəstəyini ifadə edib.

AZƏRTAC xəbər verir ki, bunu Astanada jurnalistlərə Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu Yaponiya Xarici İşlər Nazirliyinin rəhbəri Takeşi İvaya ilə görüşdən sonra deyib.

Onun sözlərinə görə, ölkələr arasında hava nəqliyyatının genişləndirilməsi çərçivəsində gələn ildən birbaşa Almatı-Tokio reysinin açılması da planlaşdırılır.

Baş nazirin müavini əlavə edib: “Bundan başqa, nüvə energetikası, nüvə yanacağının istehsalı və ixracı, eləcə də nüvə təbabəti sahələrində əməkdaşlıq üçün böyük potensial var. Ölkəmiz yaşıl transformasiya və yüksək texnologiyalar üçün zəruri olan nadir və strateji əhəmiyyətli elementlərin zəngin ehtiyatlarına malikdir. Yaponiyada “yaşıl” texnologiyaların istehsalı üçün lazım olan 32 növ xammaldan 22-si məhz Qazaxıstanda hasil edilir”.

M.Nurtleu Yaponiya hökumətinə daşqından mühafizə sistemlərinin inkişafına yönəlmiş təmənnasız yardıma görə minnətdarlığını bildirib.

O vurğulayıb: “Yaponiya Asiya regionunda bizim etibarlı strateji tərəfdaşımızdır. Eyni zamanda, ikitərəfli münasibətlərin əsasını təbii ki, iqtisadi-ticari əməkdaşlıq təşkil edir. “İqtisadi güc” kimi tanınan Yaponiya Qazaxıstanın ən böyük on investorları sırasındadır. Doğan Günəş ölkəsindən Qazaxıstan iqtisadiyyatına 9 milyard dollar birbaşa investisiya cəlb edilib”.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri