Icma.az
close
up
RU
Yaponiya overturizmə qarşı tədbirləri artırır

Yaponiya overturizmə qarşı tədbirləri artırır

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Turizmin ən çox inkişaf etdiyi ölkələrdən biri də Yaponiyadır. 

Turist sayının getdikcə artdığı Yaponiyada bu sektorla bağlı yeni qərarın tətbiqi nəzərdə tutulur. 
  
"Cebheinfo.az"
xəbər verir ki, Yaponiya Turizm Agentliyi 2030-cu ilə qədər ölkədə turizmin yaratdığı problemləri həll edən bölgələrin sayını 47-dən 100-ə çatdırmağı planlaşdırır.

Məqsəd, yerli həyata təzyiqi azaltmaqla yanaşı, turizmin iqtisadi töhfəsini artırmağa yönəlmiş yeni beş illik turizm planının bir hissəsidir.

Plan layihəsi ekspertlər panelinə təqdim edilib və kabinet tərəfindən təsdiqlənməsi gözlənilir. Yeni plan 2026-cı maliyyə ilindən qüvvəyə minəcək və Yaponiyanı hökumətin ildə 60 milyon xarici turist hədəfinə hazırlamağı hədəfləyir. Layihəyə görə, məqsəd illik turizm gəlirini 15 trilyon yenə (təxminən 87 milyard avro) çatdırmaqdır. 

Yaponiyanın 2025-ci ildə təxminən 42,7 milyon xarici ziyarətçi ilə rekord qırarkən, turist xərclərinin isə 9,5 trilyon yen (təxminən 55 milyard avro) olduğu təxmin edilir.

Yeni plana əsasən, tıxac, səs-küy, tullantı problemləri və ictimai yerlərdə mənfi davranış kimi overturizmin təsirlərini aradan qaldırmaq üçün hazırlanmış pilot proqramların ölkə miqyasında tətbiqi planlaşdırılır. Hazırda bu proqramlarda 47 bölgə iştirak edir ki, bunun da bariz nümunələri Kioto və Okinavada yerləşən Taketomi adasıdır.

Layihələr yerli icmaların rəyləri ilə formalaşır. Bu tədbirlərə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması, ziyarətçi axınının istiqamətləndirilməsi və tıxaclı ərazilərdə ziyarətçilərin sayının məhdudlaşdırılması daxildir.

Plan, xarici turistləri böyük şəhərlərə deyil, kənd yerlərinə yönəltmək məqsədi ilə 2030-cu ilə qədər bu cür proqramları 100 bölgədə həyata keçirməyi hədəfləyir. Rəsmilər vurğulayırlar ki, turizm fəaliyyətləri ilə yerli sakinlərin həyat keyfiyyətinin balanslaşdırılması prioritetdir.

Beş illik plana həmçinin iqtisadi məqsədlər də daxildir. Müvafiq olaraq, xarici turistlərin adambaşına orta xərclərini 229.000 yendən (təxminən 1320 avro) 250.000 yenə (təxminən 1440 avro) qədər artırmağı hədəfləyir. Məqsəd təkrar gələn turistlərin sayını 27,6 milyondan 40 milyona qədər artırmaqdır.

Plan layihəsində həmçinin Çinlə siyasi gərginlik və çinli turistlərin sayının azalması qeyd olunaraq, müxtəlif bazarlardan ziyarətçilərin cəlb edilməsinin vacibliyi vurğulanır.

Yaponiya Turizm Agentliyi bildirib ki, ziyarətçi profilinin şaxələndirilməsi həm iqtisadi dayanıqlılıq, həm də overturizmin (overturizm - ziyarətçilərin sayı yerli infrastrukturun və təbii və ya mədəni obyektlərin imkanlarını aşdıqda baş verir) idarə olunması üçün vacibdir.

Yekun tədbirlər paketinin 2026-cı ilin yazında kabinet tərəfindən təsdiqləndikdən sonra açıqlanması gözlənilir.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Fevral 2026 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri