Yaponiya parlamenti buraxılıb, seçkilər təyin olunub
Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaponiya parlamenti baş nazir Sanae Takaiçinin erkən seçkilər qərarına uyğun olaraq buraxılıb və yeni seçkilər təyin olunub.
Reyting.az xəbər verir ki, ölkə faktiki olaraq erkən seçki prosesinə daxil olub.
Fevralın 8-də keçiriləcək seçkilərin rəsmi təşviqat dövrü 27 yanvarda başlayacaq. Seçki kampaniyası zamanı artan ərzaq qiymətlərinin və yaşayış xərclərinin azaldılması üçün iqtisadi tədbirlərin vədlərinin əsas yer tutacağı gözlənilir.
Oktyabr ayında Yaponiyanın ilk qadın baş naziri olan Sanae Takaiçi ötən bazar ertəsi erkən seçkilər keçirmək qərarına gəldiyini açıqlamışdı. Hakim Liberal Demokrat Partiyasında (LDP) lider dəyişikliyi nəticəsində baş nazir olduğunu və Yaponiya İnnovasiya Partiyası (JIP) ilə yeni koalisiya hökuməti qurduğunu xatırladan Takaiçi bildirib ki, “həyata keçirəcəyi siyasətin çoxu LDP-nin son Nümayəndələr Palatasının seçkilərindəki təşviqat vədləri arasında deyildi”.
Buna görə də, erkən seçkilər vasitəsilə ictimaiyyətin rəğbətini qazanmaq istəyini vurğulayan Takaiçi deyib:
“İstəyirəm ki, xalq ölkənin idarəçiliyini mənə həvalə edib-etməmək barədə birbaşa qərar versin”.
ELÇİN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 23 Yanvar 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















