Yaponiya Rusiya ilə ərazi problemini həll etməyə sadiqdir Baş katib
Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.
"Rusiya ilə münasibətlər mürəkkəb olsa da, Yaponiya sülhün əldə olunmasına və ərazi probleminin həllinə sadiqdir".
Teleqraf.com xəbər verir ki, bunu Yaponiya hökumətinin baş katibi Yoşimasa Hayaşi bildirib.
Onun sözlərinə görə, Yaponiyanın baş naziri Şiqeru İşiba videomüraciətlə çıxış edərək Tokio ilə Moskva arasında münasibətlərin çətin durumda olduğunu bildirəcək. "Lakin hökumət bu vəziyyəti həll etmək istəyir", deyə baş katib bildirib.
Ötən ilin oktyabr ayında parlamentdəki çıxışında Yaponiyanın baş naziri Rusiya ilə “ərazi problemini” həll etmək niyyətində olduğunu bəyan edib. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər “ağır vəziyyətdədir”, lakin sülh müqaviləsinin bağlanması istiqamətində kursun davam etdirilməsi zəruridir. Eyni zamanda, Tokio Moskvaya sanksiya təzyiqindən əl çəkmək niyyətində deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 06 Fevral 2025 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















