Yaponiya səfirinə sərt xəbərdarlıq edildi
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Xarici İşlər Nazirliyi Yaponiyanın Rusiyadakı səfiri Akira Mutoya etiraz edilib. Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
Etiraz Yaponiyanın Baş naziri və xarici işlər nazirinin Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı Rusiyaya qarşı açıqlamalarına görə verilib.
“Rusiya tərəfi Cənubi Kuril adaları üzərində Rusiyanın suverenliyi və yurisdiksiyasının sarsılmaz olduğunu bəyan edib. Yapon tərəfinin bu aşkar reallığı birbaşa və ya dolayısı ilə şübhə altına almaq cəhdləri tamamilə qəbuledilməz və qanunsuzdur”, - deyə məlumatda bildirilib.
Nazirlik qeyd edib ki, Moskva adekvat əks tədbirlər görmək hüququnu özündə saxlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 18 Avqust 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















