Icma.az
close
up
RU
Yaponiya siyasi dəyişikliklər ASTANASINDA Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Baş nazir postu uğrunda gələcək yarışın favoritləri sırasında keçmiş baş nazirin oğlu Şindziro Koidzumi və son dərəcə sağçı görüşlərə sahib olan qadın Sanae Takaitinin adı daha çox hallanır. İsiba hökumətində iqtisadiyyat və xarici işlər naziri kimi yüksək postlar tutan 64 yaşlı Takaiti LDP sədri seçiləcəyi təqdirdə, Yaponiya tarixində ilk qadın baş nazir olacaq.

Yaponiya Baş naziri Siqeru İsibanın istefa qərarı həm ölkədə, həm də regionda ciddi rezonans doğurub. Bu xəbər ölkənin milli valyutasının - yenin məzənnəsindən tutmuş, regional məsələlərə də təsir edib. Siqeru İsiba sentyabrın 7-də hakim koalisiyanın seçkidə ağrılı məğlubiyyətlərinə görə məsuliyyəti öz üzərinə götürərək vəzifəsindən getdiyini bildirib. O, vəzifədə bir ildən az - 2024-cü il oktyabrın 1-dən etibarən olub. 68 yaşlı siyasətçi lideri olduğu Liberal Demokrat Partiyasına (LDP) yeni liderin seçilməsi üçün təcili seçkilər keçirməyi tapşırıb. Seçkilər başa çatanadək İsiba hökumət başçısı vəzifəsini icra edəcək.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Vaşinqtonla tarif razılaşması

Baş nazirin sözlərinə görə, istefa qərarı birbaşa Vaşinqtonla Donald Trampın administrasiyasının tarif siyasəti ilə bağlı razılaşmaların tamamlanması ilə əlaqədardır. Ötən həftə Yaponiya və ABŞ Tokionun 550 milyard dollar həcmində investisiyaları müqabilində ABŞ rüsumlarının tədricən azaldılması barədə razılığa gəliblər. İsibanın sözlərinə görə, yeni saziş Yaponiya avtomobil sənayesinə ciddi zərbə vuran məhdudiyyətləri aradan qaldırıb. İyul ayında ABŞ və Yaponiya ABŞ-yə idxal olunan mallara 15% rüsum tətbiq edilməsini nəzərdə tutan ticarət sazişi imzalayıb. Tramp bu sazişi indiyə qədər imzalanmış ən böyük saziş adlandırıb. Saziş ərəfəsində Tramp Yaponiyadan gələn bütün mallara 25% ümumi tarif tətbiq ediləcəyini elan etmişdi.

Partiyadaxili gərginlik

Baş nazirin istefa qərarı müxtəlif amillərlə əlaqələndirilir. Əsas səbəblər sırasında xalq arasında onun sədri olduğu partiyanın nüfuzunun düşməsi də var. Bir məsələni də qeyd edək ki, baş nazirin istefası xəbəri həm də regionda Çinin artan hərbi nüfuzu fonunda baş verir. Çin bu yaxınlarda yapon işğalçıları üzərində qələbənin 80 illiyini hərbi paradla qeyd edib.

İsiba hakimiyyətə gəldikdən sonra uğursuz fəaliyyətdə günahlandırılır. Hətta bildirilir ki, İsiba bütün seçkiləri uduzub. Nəticədə LDP öz tərəfdaşı ilə birlikdə çoxluğu itirib, azlıq hökuməti yaratmaq və müxalifətlə əməkdaşlıq etmək məcburiyyətində qalıb. Bu, müstəqil qərarlar qəbul etmək və liberal-demokratlara lazım olan kursu həyata keçirmək imkanını kəskin şəkildə zəiflədib. Məhz buna görə İsiba kəskin tənqid edilirdi. Partiyanı kim idarə etsə də, o, ciddi çağırışla üzləşəcək: LDP-nin reytinqi azalmaqda davam edir və hazırda 30% ətrafındadır. Belə bir vəziyyətdə növbədənkənar seçki LDP-nin mövqelərini bərpa etməsinə çətin ki, kömək etsin. Lakin bu vəziyyət ölkənin iqtisadi problemləri fonunda populyarlıq qazanan sağçı populist "Sanseito" partiyası timsalında rəqibləri gücləndirə bilər. Bu o deməkdir ki, yeni baş nazir istənilən halda müxalifətdə dayaq axtarmalı olacaq: onların səsləri olmadan parlamentdən təşəbbüsləri keçirmək mümkün olmayacaq. Beləliklə, hökumətin yeni başçısı yenə də böyük ehtimalla LDP üzvü olacaq. Buna baxmayaraq, LDP-dəki daxili böhran o qədər kəskin xarakter alıb ki, onun bütün yüksəkvəzifəli şəxsləri İsibanın nümunəsini izləyərək, vəzifələrindən getməyi qərara alıblar.

Növbəti baş nazir kim olacaq?

Baş nazir postu uğrunda gələcək yarışın favoritlərinə gəlincə, indi İsibaya bərabər fiqur görünmür. Mətbuat keçmiş baş nazirin oğlu Şindziro Koidzumi və son dərəcə sağçı görüşlərə sahib olan qadın Sanae Takaiti haqqında yazır. İsiba hökumətində iqtisadiyyat və xarici işlər naziri kimi yüksək postlar tutan 64 yaşlı Takaiti LDP sədri seçiləcəyi təqdirdə, Yaponiya tarixində ilk qadın baş nazir olacaq. Bundan başqa, Şindziro Koidzumi, Yoşimasa Hayaşi, Yoşihiko Noda və Yuiçiro Tamaki də iddialı namizədlər sırasındadırlar. Qeyd edək ki, Sanae Takaiti son seçkilərdə Siqeru İsiba ilə ikinci tura qalmış, istefaya hazırlaşan baş nazirə 21 səs fərqlə (215-194) məğlub olmuşdu.

Bundan əlavə, Yaponiyanın sabiq xarici işlər naziri Toşimitsu Moteqi İsibanın istefa qərarından sonra hakim LDP-nin liderlik yarışında iştirak edəcəyini açıqlayıb. LDP-nin də sabiq baş katibi olan Moteqi partiyasında və hökumətdə qazandığı təcrübədən istifadə edərək, ölkəsinə fayda vermək istədiyini bildirib.

Göründüyü kimi, Yaponiya baş nazirinin istefası və onun ətrafında maraqlı proseslər yaşanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Sentyabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri