Yaponiya təcrübəsi Azərbaycana gətirilir? Qəribə qadağa
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tanınmış radio aparıcısı Raqif Raufoğlunun Yaponiya ilə bağlı paylaşımı diqqət çəkib. O bildirib ki, sözügedən ölkədə ofisianta bəxşiş vermək olmaz.
Sitat: “Burada “çaypulu”nu çox pis qarşılayırlar. Mən cəhd etdim və pulu israrla qaytarmağa çalışdılar. Öyrəndim ki, Yaponiyada “çaypulu” anlayışı yoxdur. Ölkənin qanunvericiliyi də bunu dəstəkləmir. Ofisiantın isə kifayət qədər maaşı var”.
Azərbaycanda da vaxtaşırı restoranlarda xidmət göstərən şəxslərə bəxşiş verilməsi məsələsi müzakirələrə səbəb olur. Bildirilir ki, ölkədə servis haqqı olmasına baxmayaraq, “çaypulu” da ya verilir, ya da dolayı yolla istənilir. Hətta bu, çox vaxt xidmətin ayrılmaz hissəsi kimi qəbul edilir.
Ölkədə “çaypulu” qanunvericilik səviyyəsində qadağan edilə bilərmi?
Globalinfo.az-a danışan hüquqşünas Sahib Məmmədov deyib ki, müştəri xidmətləri sahəsində çalışan şəxslərə kiçik məbləğlə mükafat vermək normal haldır:
“Bu praktika yalnız Azərbaycanda deyil, bütün dünyada geniş yayılıb. Hətta bəzi ölkələrdə demək olar ki, məcburi xarakter daşıyır. ABŞ-da “çaypulu” verməyənlərə mənfi münasibət göstərilir. Bizim ölkədə də toy və şadlıq məclislərində, ictimai-iaşə müəssisələrində xidmət göstərən şəxslərə kiçik məbləğlərdə pul verilir. Nəzərə almaq lazımdır ki, bu sahədə çalışanların əməkhaqqları çox aşağıdır.”
Sahib Məmmədov
S.Məmmədov bildirib ki, qadağa tətbiq olunsa, bu məsələlər qaydaya salınmalıdır:
“İnsanların müştəri xidmətinə görə mükafatlandırma istəyi şəxsi seçimdir və məcburi xarakter daşımır. Cəmiyyət özü bu praktikanı tənzimləyir. Bütün müəssisələrdə ofisiantlara bəxşiş verilmir, bəzi məkanlarda isə vətəndaşlardan əlavə servis haqqı tutulur. Ola bilsin ki, sahibkarlar həmin vəsaiti əməkhaqqına əlavə edir və ya ofisiantların gəlirlərini artırmaq məqsədilə istifadə edirlər.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 11 İyun 2025 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















