Icma.az
close
up
RU
Yaponiya Xirosima faciəsinin ildönümündə dünya ictimaiyyətinə müraciət edib

Yaponiya Xirosima faciəsinin ildönümündə dünya ictimaiyyətinə müraciət edib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 6-da ABŞ-ın Xirosimaya atom bombası atmasının 80-ci ildönümündə Yaponiya nüvə silahı olmayan dünya çağırışlarını təkrarlayıb.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Yaponiyanın Baş naziri Şigeru İşiba ölkəsinin qlobal nüvə tərk-silahı prosesinə sadiqliyini bir daha təsdiqləyib və onun ölkəsinin müharibə zamanı atom bombalarından əziyyət çəkən yeganə ölkə olduğunu bildirib.

Baş nazir Xirosima şəhərindəki Sülh Xatirə Parkında keçirilən mərasimdəki çıxışında deyib: “Mən Xirosima Sülh Memorial Muzeyini ziyarət edərkən bir daha əmin oldum ki, bu dözülməz sınaqların və xatirələrin sönməsinə yol verilməməli və gələcək nəsillərə ötürülməlidir. Xirosimaya atom bombası atılması və bu şəhərin bir anda külə dönmüş çölə çevirməsindən səksən il keçir və mən həyatını itirənlərin ruhu qarşısında ehtiramla baş əyirəm”.

Mərasim yerli vaxtla səhər saat 8:15-də - ABŞ-ın 1945-ci il avqustun 6-da Xirosimaya bomba atdığı an başlayıb. Partlayış şəhəri yerlə-yeksan edib və həmin ilin sonuna qədər təxminən 140 min insan ölüb. Sonrakı onilliklərdə daha minlərlə insan radiasiya ilə bağlı xəstəliklərdən əziyyət çəkib. Sülh Xatirə Parkında keçirilən mərasimdə 55 minə yaxın yaponiyalı iştirak edib.

Xirosima meri Matsui Kazumi qurbanların yenilənmiş siyahısını parkın kenotafına yerləşdirib. Hazırda burada 349 246 nəfərin adı var.

Kazumi qlobal liderləri Xirosimaya səfər etməyə və nüvə silahlarının yaratdığı dağıntıların şahidi olmağa çağırıb. O, dialoq və etimada əsaslanan yeni beynəlxalq təhlükəsizlik çərçivəsinin yaradılmasının zəruriliyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Avqust 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri