Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 12 iyun, AZƏRTAC
Yaponiya ilk dəfə yalnız maye yanacaq mühərrikləri ilə işləyən H3 raketini uğurla kosmosa buraxıb.
AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, raket ölkənin cənub-qərbində yerləşən Taneqaşima Kosmik Mərkəzindən havaya qalxaraq altı kiçik peyki orbitə çatdırıb.
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin məlumatına görə, yeni konfiqurasiyaya malik H3 raketi bərk yanacaqlı gücləndiricilər olmadan fəaliyyət göstərir. Bu model daha yüngül və daha ucuz hesab olunur.
Qeyd edək ki, H3 proqramının ilk uçuşu 2023-cü ildə uğursuz olmuşdu. Son buraxılış isə raketin etibarlılığının təsdiqlənməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:Yaponiya beşinci dəfə H3 raketini buraxıb...
03 Fevral 2025 18:25
Yaponiya milli kosmik mövqe təyinetmə sisteminin altıncı peykini orbitə uğurla çıxarıb
11 Avqust 2026 06:46
Çin yeddi peyki uğurla orbitə çıxarıb
26 Avqust 2026 15:47
Yaponiya H3 raketinin buraxılışını təxirə salıb
04 Fevral 2026 20:54
Çin növbəti peyk qrupunu uğurla orbitə çıxarıb
18 İyun 2026 10:26
Baxış sayı:188
Bu xəbər 12 İyun 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















