Yaponiyada 7,1 bal gücündə zəlzələ: Ölənlər və təxliyə olunanlar var
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaponiyanın Kyuşu adasında baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində azı 13 nəfər həyatını itirib.
BAKU.WS xəbər verir ki, zəlzələ dünən yerli vaxtla saat 16:27-də Kumamoto prefekturasında qeydə alınıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət səbəbindən 9 min 872 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Həmçinin adada bütün qatar reyslərinin hərəkəti müvəqqəti dayandırılıb.
Yeraltı təkanlardan sonra gücü 1-4 bal arasında dəyişən 60-dan çox afterşok qeydə alınıb.
Zəlzələdən dərhal sonra sunami xəbərdarlığı elan olunsa da, təxminən iki saat sonra ləğv edilib. Hazırda bölgədə vəziyyət nəzarətdə saxlanılır.
Bu mövzuda digər xəbərlər:Yaponiyada 7,1 bal gücündə zəlzələ: sunami xəbərdarlığı edildi
28 İyul 2026 12:13
Yaponiyada 6 bal gücündə zəlzələ
17 Noyabr 2024 19:19
Yaponiyada 7,1 bal gücündə zəlzələ olub: Yanğınlar başlayıb, 50 dən çox yaralı var YENİLƏNİB
28 İyul 2026 13:38
Yaponiyada 6 bal gücündə zəlzələ oldu
07 Yanvar 2025 12:57
Yaponiyada 6,1 bal gücündə zəlzələ olub
31 May 2025 13:40
Baxış sayı:155
Bu xəbər 29 İyul 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















