Yaponiyada bir gündə iki ayı hücumu
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İvate prefekturasında srağagün ayı 60 yaşlı qadına hücum edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, möcüzə nəticəsində sağ qalıb.
Meşəyə giləmeyvə yığmağa gedən qadının itkin düşdüyü ehtimal olunub və onun axtarışlarına başlanılıb. Bir müddət sonra isə huşsuz vəziyyətdə tapılıb. Onun üzərində ayının törədə biləcəyi yaralar və sınıqlar aşkarlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan zərərçəkən hələ də özünə gəlməyib.
Bu, son 2 gündə ayıların insanlara sayca ikinci hücum faktıdır. Dünən Yamaqata prefekturasında da bənzər hal yaşanıb. Ayı 70 yaşlı kişiyə hücum edib. Xoşbəxtlikdən başından və sifətindən yaralanan kişi sağ qalıb.
Qeyd edək ki, ötən il Yaponiyada 238 nəfər ayı hücumuna məruz qalıb, onlardan 13-ü həyatını itirib. Bu, qeydiyyat aparılan dövrdən bəri ən yüksək ölüm göstəricisidir.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 08 May 2026 08:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















