Yaponiyada iki qar uçqunu yüzlərlə insana təsir edib
Metbuat saytına istinadən Icma.az xəbər verir.
Yaponiyanın şimal-şərqindəki Fukusimada iki qar uçqunu baş verib.
Metbuat.az xəbər verir ki, təbii fəlakət Tsuçiyuda fəsadlara səbəb olub. Məlumata görə, qar uçqunu nəticəsində 100-dən çox insan otellərdə köməksiz qalıb. Bildirilir ki, iki qar uçqunundan sonra qəsəbədə qarın qalınlığı 1,5 metrə qədər artıb və otellərə çıxışı təmin edən yollar bağlanıb. Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün bölgəyə çox sayda texnika cəlb edilib. Qartəmizləyən maşının relsdən çıxmasından sonra Yamaqata qatar xəttində xidmətlər müvəqqəti olaraq dayandırılıb.
Yerli dairələr vacib olmadıqca sakinlərə evlərini tərk etməməyi tövsiyyə edib. Yağıntılı havanın hələ davam edəcəyi barədə xəbərdarlıq edilib.

Yaponiyada qar uçqunu 100 nəfəri köməksiz qoydu
10 Fevral 2025 14:17
Yaponiyada ənənəvi qar festivalı başlayıb
04 Fevral 2025 12:09
Yaponiyada yağan qar nəqliyyatın fəaliyyətini dayandırdı
06 Fevral 2025 14:44
Yaponiyada dəhşətli zəlzələ
17 Noyabr 2024 19:11
Yaponiyada güclü ZƏLZƏLƏ
17 Noyabr 2024 19:09

