Yaponiyada ilan ən işlək qatar marşrutunun hərəkətini iflic etdi
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Yaponiyada ilan Tokio və Osaka şəhərləri arasında ən işlək sürət qatarı marşrutunun hərəkətini iflic edib. Buna səbəb bir metr uzunluğundakı ilanın elektrikötürücü xətlərin ətrafına dolanması olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Guardian" nəşri məlumat verib.
Məlumata görə, ilan qısaqapanmaya səbəb olub.
Nəşr qeyd edib ki, hadisə genişmiqyaslı nəticələrə yol açıb. Belə ki, aprelin 30-dan Yaponiyada "Qızıl həftə" - milli bayramlar silsiləsi başlayıb və bu zaman yerli sakinlər aktiv şəkildə ölkə daxilində səfərlər edirlər. Bundan əlavə, Osakada "Expo 2025" sərgisi açılıb ki, bu da çox sayda turisti cəlb edib.
Qatarların hərəkətini yalnız saat yarımdan sonra bərpa etmək mümkün olub. Bütün bu müddət ərzində sərnişinlər qatarların içərisində gözləməli olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 02 May 2025 07:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















