Yaponiyada minlərlə toyuq məhv ediləcək
Icma.az, Milli.az saytına istinadən bildirir.
Yaponiyanın şimalında yerləşən Aomori prefekturası hakimiyyət orqanları bölgədə quş qripi aşkar edildikdən sonra 230000 toyuğun məhv edilməsinə başlayıb.
Bu barədə Milli.Az Kyodo News agentliyinə istinadən məlumat yayıb.
Məlumata görə, ərazidə yerləşən 32 quşçuluq təsərrüfatının ətrafında 10 km radiusda qadağa zonaları tətbiq edilib.
Mütəxəssislər xəstəliyin yayılmasından ehtiyat edir və bunun ciddi iqtisadi nəticələr doğura biləcəyini bildirirlər. Belə ki, 2023-cü ildə Yaponiyada quş qripi səbəbindən toyuqların kütləvi şəkildə məhv edilməsi 1991-ci ildən bəri yumurta qiymətlərində ən böyük artıma səbəb olub. Həmin dövrdə yumurta qiymətləri əvvəlki illə müqayisədə 76% bahalaşıb və bu, istehlak bazarı üçün ciddi şok yaradıb. Tokio şəhərində bəzi supermarketlərdə isə yumurta satışına məhdudiyyətlər tətbiq olunmuşdu.
Ayxan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 23 Aprel 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















