Yaponiyada qızının cəsədini 20 il dondurucu kamerada saxlayan qadın həbs edildi
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Yaponiyada 75 yaşlı Keyko Mori adlı qadın qızının cəsədini iyirmi ildən artıq müddətdə dondurucu kamerada saxladığı üçün həbs edilib.
Oxu.Az-ın "Al Arabiya"ya istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiya polisi məlumat yayıb.
Məlumata görə, hadisə Tokionun şimal-şərqindəki İbaraki prefekturasında baş verib.
Qeyd olunub ki, Mori cəsədi buz dolabında saxladığını bildirmək üçün qohumu ilə polisə gedib.
Onun evinə gələn müstəntiqlər qadının cəsədini dondurucu kamerada, əynində köynək və alt paltarında, üzü aşağı diz üstə tapıblar.
Morinin sözlərinə görə, ölən onun qızı, 1975-ci il təvəllüdlü Makiko olub. Qadın bildirib ki, evindəki qoxuya görə o, dondurucu alıb və meyiti oraya yerləşdirib. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün yarılma təyin edilib. Mori cəsədi gizlətməkdə şübhəli bilinərək həbs olunub.
Qeyd edilib ki, qadının bir neçə övladı var. Məlum olub ki, Mori sentyabrın əvvəlində əri öldükdən sonra tək yaşayıb.


